"Bazarstore" müştərilərini aldadır? - VİDEO

"Bazarstore" müştərilərini aldadır? - VİDEO"Bazarstore" müştərilərini aldadır? - VİDEO
Sosial şəbəkədə "Bazarstore" marketlər şəbəkəsinin halal adı ilə müştərilərə təqdim etdiyi məhsul barədə şikayət paylaşılıb.
Şikayətdə qeyd olunub ki, "Tərkibində donuz əti olan məhsulu "Halal" etiketi ilə satırlar. İradımı "whatsapp" vasitəsi ilə bildirdikdə isə, yanındakı Azərbaycan bayrağını işarə edərək, yerli məhsul olması barədə məlumatdır dedilər. Görəsən, donuz əti hansı dində halaldır?" 
Şəkil "Bazarstore" mağazalar şəbəkəsinin qiymət kataloqunda yer alıb. Yerli istehsalı olmayan bir şirkətin istehsal etdiyi sosiskanın tərkibində donuz əti olsa da, üzərinə halal olduğunu bildirən nişan yerləşdirilib. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, yaşanan mənzərə istehsalçı tərəfindən istehlakçının aldadılmasıdır. 
"Mən müştərinin göndərdiyi şəklə fikir verdim, istehsalçı özü yazır ki, bunun tərkibində donuz piyi var. Üstünə də halal logosu qoyub, bu, əlbəttə ki, absurddur. Halal standartlarında belə hal mümkün deyil. Bu istehlakçının aldadılmasıdır, yolverilməzdir. Düşünürəm ki, AQTA bunula ciddi məşğul olmalıdır. Onu da qeyd edim ki, əhali bilməlidir ki, donuz əti olmadan da kolbasa hazırlamaq mümkündür" – deyə E.Hüseynov bildirib.
Məsələ ilə bağlı "Bazarstore" mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Günay Novruzqızı bildirdi ki, yaşanan neqativ hal aradan qaldırılıb və bununla bağlı vətəndaşdan üzr istənilib: 
"Biz müştəriyə izah etdik ki, o, çap xətasıdır. Məsələ ilə bağlı müştəridən üzr istədik". 
Azərbaycanda 6 il öncə halal standart qəbul olunub və demək olar ki, bu standart bütün dünya təcrübəsini özündə ehtiva edir.

/oxu.az

Sosial       Tarix: 05 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan ən son xeberler xankendi qurban bayrami 2026