"Belə qidalar gələcəkdə sonsuzluğa səbəb olur" - Pediatrdan SOS

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib ki, uşaqlara "fast-food"ların verilməsi faciədir. O deyib ki, Azərbaycanda gün ərzində 5-6 dəfə şirniyyat qəbul edən uşaqlar var. Bu, yolverilməzdir. İnsanlar mümkün qədər "fast-food"u rasionlarından çıxarmalıdırlar.
Bəs görəsən, "fast-food" qidaların uşaqların sağlamlığına hansı mənfi təsirləri var?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını həkim-pediatr Kənan Qarayev cavablandırıb.
O bildirib ki, "fast-food" və qazlı işkilər uşaqlarda piylənməyə səbəb olur:
"XXI əsrin ən böyük bəlası "fast-food"lar və digər ayaqüstü yeyilən qidalardır. Yüksək istilikdə bişmiş ətin insan sağlamlığına çox ciddi ziyanı var. Təkcə "fast-food" yox, qızarmış kartoflar, yüksək temperaturda və yağda bişirilən digər qidalar, enerji içkilərinin qəbulu uşaqlarda ilk növbədə maddələr mübadiləsini, yəni metabolizmi pozur. Bu qidalar uşaqlarda piylənmənin yaranmasına və mədə-bağırsaq strukturunun pozulmasına gətirib çıxarır.
Pandemiya dövründə uşaqlar evdə hərəkətsiz qaldı. Biz indi hətta 3 yaşlı uşaqlarda belə müxtəlif mədə xəstəliklərinə, qastritə rast gəlirik.Bununla yanaşı, belə qidalar uşaqlarda qurd və allergik xəstəliklərə, o cümlədən, yaddaş itkisinə səbəb olur".
Pediatr əlavə edib ki, belə qidalar gələcəkdə sonsuzluğun artmasına gətirib çıxarır:
"Bu tipli qidaların tərkibindəki qatqılar və konseragen maddələr uşaqlarda beyinin inkişafına mənfi təsir göstərir. Bu mənada biz uşaqlarda ciddi inkişaf gerilikləri müşahidə edirik. Belə qidaların uşaqlara verilməsinin tərəfdarı deyiləm. Bunun qarşısını tam olaraq ala bilməsək belə, ən azından nəzarət etməliyik. Mən öz xəstələrimə də deyirəm ki, belə qidaları uşağa ayda bir, uzağı iki dəfə vermək olar. Amma bu qidalardan davamlı və həddən artıq istifadə edildikdə uşaqlarda sadaladığım fəsadlara gətirib çıxarır. Valideyn deyir ki, uşaq istəyir, məcbur olub bu yeməkləri alırıq. Bizdə valideynlər övladına nəzarət edə bilmir. Maarifləndirmə işi də çox zəifdir. Təəssüf edirəm ki, bu məsələ artıq nəzarətdən çıxıb".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sağlamlıq       Tarix: 02 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun xankendi siyaseti xeberler bugun cəbhədən xəbərlər