Beniamin Matevosyan: "Dünyanın kəsişməsi" Paşinyan üçün çıxılmaz nöqtədir"
"Siyasi proses təkcə fərdlərin, liderlərin, partiyaların, klanların, kapitalın mübarizəsi deyil, həm də siyasi layihələrin mübarizəsidir. 2021-ci ildə erkən seçkilər zamanı Nikol Paşinyanın siyasi layihəsi sülh konsepsiyası ətrafında qurulmuşdu".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Beniamin Matevosyan deyib.
Onun sözlərinə görə, Paşinyanın əsas konsepsiyası Qarabağın Azərbaycana verilməsi və erməni xalqının öz müqəddəratını təyinetmə hüququndan imtina etməsidir.
O, bununla Qarabağ probleminin yekun həllinə nail olmalı idi. Paşinyan hesab edir ki, "Ermənistanın bir dövlət kimi xilas edilməsi üçün Qarabağ problemindən birdəfəlik qurtulmaq lazım idi. Bunun ardınca Ermənistan Azərbaycanla sülhü bərqərar etməli, eləcə də regional kommunikasiyaların açılması üçün öz töhfəsini verməli idi.
2021-ci ildə seçki kampaniyası zamanı Paşinyan Ermənistan sakinləri ilə görüşlər zamanı həm xalqı yeni müharibə ilə hədələdi, həm də sülh dövründən danışdı. Sonralar bu "sülh erası"nın konturları daha konkret görünməyə başladı – Ermənistanın "kadastr şəhadətnaməsi" alması (Azərbaycanın ərazi bütövlüyünü tanıması), sərhədlərin demarkasiyası, kommunikasiyaların blokunun açılması…
Rəsmiyyə Şərifova,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar