Bərdədə saxta alkoqollu içkilərin satışı müəssisəsi aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, S. Zöhrabbəyov küçəsi 152 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Arzu İsax oğluna məxsus "Elit şərab evi" müəssisəsində baxış keçirib.
AQTA-dan Azxeber.com-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qanunsuz fəaliyyətin həyata keçirildiyi aşkar olunub.
Belə ki, müəssisədə qanunazidd olaraq saxta üsulla müxtəlif brend markalı ("Banketnaya" nişanlı Yubiley, "Banketnaya" nişanlı Premium və " Zolotoe Kolço" nişanlı) alkoqollu içkilərin hazırlandığı və satışının həyata keçirildiyi müəyyən olunub.
Reyd zamanı saxta üsullarla hazırlanan 0.7 litrlik, 1 litrlik, 0.5 litrlik şüşə butulkalarda qablaşdırılmış, ümumi çəkisi 40.7 litr olan alkoqollu içkilər Agentlik əməkdaşları tərəfindən müsadirə edilərək götürülüb və satış şəbəkələrinə daxil olmasının qarşısı alınıb. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR