Beş qidalanma üsulu ilə qrip infeksiyalarından qorunmanın yolları - FOTO

Beş qidalanma üsulu ilə qrip infeksiyalarından qorunmanın yolları - FOTOBeş qidalanma üsulu ilə qrip infeksiyalarından qorunmanın yolları - FOTO
Qrip infeksiyalarından qorunmağın yollarından biri də düzgün qidalanmadır.
Bu barədə qidalanma və pəhriz üzrə türkiyəli mütəxəssis P.Gizem Akgül tövsiyələrini verib.
Diyetoloq bütün yaş qruplarına təsir edən və xüsusilə soyuq havalarda sürətlə yayılaraq epidemiyaya çevrilən mövsümi qripdən qorunmağın yollarından danışıb.
Gizem Akgül bunun üçün beş vacib qidalanma şəklinin əhəmiyyət kəsb etdiyini bildirib.
1. Tərkibində C vitamini olan qidalara yer ayırın. C vitaminindən istifadə infeksiyaların qarşısını alır və müalicə prosesinə dəstək olur. Vacib antioksidantdır və hüceyrələrin zədələnməsinin qarşısını alır. C vitamini əsasən cəfəri, qırmızı bibər, tünd yaşıl yarpaqlı tərəvəzlər, kələm, brokoli, zoğal, kivi və sitrus meyvələrində mövcuddur.
Beş qidalanma üsulu ilə qrip infeksiyalarından qorunmanın yolları - FOTO2. Turpkimilər fəsiləsindən olan tərəvəzlər yeyin. Tərkibindəki fitokimyəvi maddələr antioksidant qabiliyyətini artırmağa kömək edir. Həmçinin C vitamini DNT zədələnməsinin qarşısını almaq üçün əhəmiyyətlidir. Hüceyrələrin quruluşuna müsbət təsir edir və xərçəng, virus və bakteriyalara qarşı qoruyucu təsir göstərir. Xüsusilə qrip infeksiyalarında immuniteti gücləndirmək üçün üzərinə limon sıxaraq və bal ilə şirinlik qataraq turpu müxtəlif üsullarla istifadə etmək olar.
Beş qidalanma üsulu ilə qrip infeksiyalarından qorunmanın yolları - FOTO3. Tərkibində kversetin olan qidalara yer ayırın. Kversetin həm fiziki, həm də zehni fəaliyyətə müsbət təsir edir, antioksidantdır və infeksiyalara qarşı qoruyur. Xüsusilə fındıq və günəbaxan kimi yağlı toxumlarda, çiyələk, alma, pomidor, üzüm və soğan kimi tərəvəz və meyvələrdə olur. Yağlı toxumların tərkibində, həmçinin E vitamini də var və seleniumla birlikdə qəbul edildikdə, E vitamininin antioksidant xüsusiyyətlərini artırır və orqanizmdə infeksiyaların məhv edilməsinə yardımçı olur.
Beş qidalanma üsulu ilə qrip infeksiyalarından qorunmanın yolları - FOTO4. Omeqa-3 əlavələri faydalıdır. Soyuq sularda yaşayan balıqlar ən yaxşı omeqa-3 mənbəyidir. Amerika Ürək Dərnəyi böyüklərin omeqa-3 ehtiyacını qarşılamaq üçün həftədə ən az iki porsiya balıq yeməklərini tövsiyə edir. Bu, immunitet sistemini dəstəkləyir və yoluxucu xəstəliklərdən daha yaxşı qoruyur.
Beş qidalanma üsulu ilə qrip infeksiyalarından qorunmanın yolları - FOTO5. Aralıq dənizi pəhrizi immunitet sistemini dəstəkləyir. Yağlı toxumlar, paxlalılar və tam taxıllardan ibarət Aralıq dənizi pəhrizi tərəvəz və meyvələrlə zəngindir.
Antioksidant qabiliyyətinin artmasına imkan verir, immunitet sistemini gücləndirir. Aralıq dənizi pəhrizi omeqa-3 yağ turşuları ilə zəngindir. Bu pəhrizdə mühüm yeri olan zeytun yağı antioksidant təsirə malikdir və LDL xolesterinin azalmasına kömək edir. Gündə 2-3 porsiya müxtəlif rəngli meyvələrdən istifadə etmək və yeməklərlə birlikdə mövsüm tərəvəzləri, zeytun yağı və təzə limonla hazırlanmış rəngli salatlardan da istifadə etmək vacibdir.
Beş qidalanma üsulu ilə qrip infeksiyalarından qorunmanın yolları - FOTOMənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 31 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari butun xeberler xəbər sou biznes