BƏT: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icra edilməsində qətiyyətlə iştirak edir
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icra edilməsində qətiyyətlə iştirak edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında artan tərəqqi" adlı layihənin nəticələrinə həsr olunmuş konfransda Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyin Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktor müavini Al Xaldi Xulud deyib.
Onun sözlərinə görə, Azərbaycan hökumətinin dəstəyi olmasaydı, Beynəlxalq Əmək Təşkilatı burada uğurlu layihələr həyata keçirə bilməzdi.
BƏT rəsmisinin qənaətincə, bu layihənin nəticələri Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icra edilməsində qətiyyətlə iştirak etməsini deməyə əsas verir.
Onun sözlərinə görə, BƏT-ə üzv ölkələrdə DİM-ə nail olmaq üçün əmək fəaliyyəti ilə bağlı tədqiqatların aparılması, layiqli əməklə bağlı maneələrin aradan qaldırılması, institusional tərəfdaşlığın qurulması çox vacibdir.
Al Xaldi Xulud hesab edir ki, əməkdaşlıq təcrübəsi, bilik və təcrübə mübadiləsinin aparılması DİM-lərin icrasında çox mühüm rol oynayır.
O qeyd edib ki, BƏT-in üzvləri, başqa sözlə "ailə icması" gələcəkdə də Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilə qədər olan hədəflərini dəstəkləmək üçün öz səylərini əsirgəməyəcəklər: "Azərbaycan məhz DİM-in qəbul olunduğu ilk ölkələrdəndir. Azərbaycanda tərəqqi və nailiyyətlərin əldə olunmasına, eləcə də 2030-cu ilə qədər layiqli işin qurulmasına öz dəstəyimizi davam etdirəcəyik".
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib