Beyin zədəsi olan xəstələrin sağalma şansını müəyyən edən test hazırlandı
Beyin zədəsi olan xəstələrin sağalma şansını müəyyən edən test hazırlandı
İsrailin Veytsman İnstitutunun alimləri beyin zədəsi almış və huşsuz vəziyyətdə olan pasiyentlərə kömək edə biləcək unikal test hazırlayıblar.
"Xinhua" nəşrinin verdiyi məlumata əsasən, xəstə ağır beyin zədəsi alıbsa və huşsuzdursa, həkimlərə onun nə vaxtsa ayılacağına şansı olub-olmadığını başa düşmək çox çətindir. Bunu müəyyənləşdirməyə kömək edə biləcək heç bir test yoxdur və nəticədə həkimlər xəstələri süni həyat təminatı aparatlarından ayırmaq üçün yanlış qərar qəbul edə bilərlər.
Veytsman İnstitutunun alimləri ümumilikdə beyinin vəziyyətini qiymətləndirməyə imkan verən iybilmə sisteminə fokuslanıblar. Yeni test iyə cavab olaraq burundakı hava axınının necə dəyişdiyinə əsaslanır. Məsələn, əgər insan xoşagəlməz qoxunu hiss edirsə, o, daha qısa və səthi nəfəs almağa başlayır. Bu, hətta yuxuda da işləyir.
Eksperiment çərçivəsində alimlər 43 xəstənin burnuna müxtəlif qoxulu mənbələr yaxınlaşdırıblar. Onların arasında xoş şampun və xoşagəlməz çürümə qoxusu da olub. Həmçinin xəstənin burnuna bəzən heç bir iyi olmayan mənbə də yaxınlaşdırılıb. Alimlər burun vasitəsilə udulan havanın həcmini ölçüblər. Məlum olub ki, huşsuz olan, lakin qoxulara reaksiya verən (udulan havanın həcmi dəyişirdi) bütün xəstələr sonradan ayılıblar. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb