Beyləqanda Stalin dövründə baş verən təyyarə qəzasının TARİXÇƏSİ: Komandirə hansı cəza verilib?
Beyləqanda Stalin dövründə baş verən təyyarə qəzasının TARİXÇƏSİ: Komandirə hansı cəza verilib?
Beyləqanda Stalin dövründə baş verən təyyarə qəzasının təfərrüatı məlum olub.
Lent.az-ın sovet arxivlərindən əldə etdiyi məlumata görə, 18 may 1948-ci ildə 211-ci aviadəstənin pilotu "Po-2A" tipli təyyarə ilə çəyirtkə ilə mübarizə üçün Beyləqan (keçmiş Jdanov) rayonuna gəlir.
Bir neçə gün əvvəl isə aerodroma dörd ədəd "AP" təyyarəsindən ibarət heyət də gəlmişdi. Bütün heyətə bir nəfər komandirlik edirdi.
"Po-2A" təyyarəsinin pilotu mayın 23-də dərmanlama üçün Beyləqan aerodromundan qalxaraq yeddi kilometr kənardakı işçi aerodroma gəlir. İş bitəndən sonra o, istirahət və axşam uçuşuna hazırlıq üçün əsas aerodroma qayıdır.
Axşam uçuşu vaxtı komandirin yoxluğundan (yanacaq gətirmək üçün başqa yerə getmişdi) istifadə edən pilot arxa kabinəyə aviatexniki və bir yerli sakini gəzmək üçün mindirir. Salonda 2 sərnişinin olması, yanacağın azlığı və kimyəvi maddə çəninin boş olması təyyarənin balansını pozur.
70 metr yüksəyə qalxan pilot kəskin manevr edərək işçi aerodroma yönəlir. Yolüstü sahəyə baxmaq üçün pilot təyyarəni yeddi metrədək aşağı endirir, sonra 50 metrədək yüksəklik yığır. İşçi aerodroma enməyə hazırlaşan pilot təyyarəni 45 dərəcə döndərir. Belə böyük əyilmə təyyarənin tarazlığını pozur və yerə çırpılaraq alışır. Aviatexnik və kəndli yanan təyyarədən çıxa bilsələr də, bu xoşbəxtlik pilota müəssər olmur. O, məsuliyyətsizliyinin cəzasını yanaraq həyata vida etməklə ödəyir.
Təhqiqat komissiyasının rəyinə görə, qəzaya pilotun uçuş normalarını kobud şəkildə pozması səbəb olub. Əlavə sərnişinlərə görə təyyarənin balansı pozulub və idarəetmə çətinləşib.
Şəxsi heyətlə lazımi tərbiyəvi iş aparmayan komandirə töhmət verilib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ