Bioloq alim: Elektromaqnit dalğalar stres amilidir, amma düşündüyümüz qədər təhlükəli deyil

Bioloq alim: Elektromaqnit dalğalar stres amilidir, amma düşündüyümüz qədər təhlükəli deyilƏtraf mühitin elektromaqnit çirklənməsi mümkün xoşagəlməz effektlərin inkişafı fonunda özünəməxsus qiymətləndirmə tələb edir. Bu problem real şəraiti əks etdirdiyi üçün aktualdır. Cəmiyyətdə şüaların bioloji ekosistemlərə və insan orqanizminə təsirinin intensivliyi və təhlükəsizliyi haqqında çoxsaylı məlumatlar mövcuddur və geniş müzakirələr aparılır. Son günlər cəmiyyətdə 5G təhlükəsi ciddi rezonansa yol açdı. Elektromaqnit dalğalar stres amili olsa da, canlıların həyati təhlükəsinə, genetik kodların dəyişdirmə gücünə malik deyil. Sadəcə olaraq, 5G daha öncəki rabitə standartları ilə müqayisədə yüksək yükləmə sürətinə malikdir və daha geniş əhatə dairəsi, daha sabit bağlantını təmin edən radiodalğadır.
Milli.Az bildirir ki, bu fikri AZƏRTAC-a müsahibəsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq əlaqələr, informasiya və media şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov deyib. O bildirib ki, Günəş ən böyük və təbii elektromaqnit şüa mənbəyidir. Günəş şüalarından Yer kürəsinə çatan və adi gözlə görünən işıq infraqırmızı ultrabənövşəyi şüalar və radiodalğalardır. Həyat üçün təhlükəli sayılan ionlaşdırıcı şüalar (rentgen, qamma, ultrabənövşəyi şüalar) atmosfer təbəqəsindən keçə bilmir. Müasir texnologiyalarda radiodalğalar yalnız rabitə və radiolokasiya vasitələrində deyil, eyni zamanda, sənayedə, tibdə və insan fəaliyyətinin digər sahələrində ən geniş istifadə olunan fiziki amillərdən biridir. Ümumiyyətlə, elektromaqnit şüaların təsir effekti onun parametrləri və diapazonundan asılıdır. Təkamül prosesində canlı orqanizmlər təbiətdə elektromaqnit sahələrin daimi təsirlərinə uyğunlaşmaqla yanaşı, onlardan məlumat ötürücüsü kimi istifadə ediblər ki, bu da hüceyrə-biosfer arasında qarşılıqlı əlaqələrin təmin olunmasına şərait yaradıb.
"Tədqiqatlar sübut edib ki, elektromaqnit şüalanma canlı orqanizmlərə, xüsusilə yetkinlik çağına çatmamış azyaşlıların koqnitiv - təlim, yaddaş və davranış proseslərinə daha çox mənfi təsir göstərir, çünki onlarda immun sistem hələ tam formalaşmayıb. Canlı orqanizmlərdə müəyyən həddə kimi daxili sistemlərin əlaqələrini tənzimləyərək öz funksional sistemini sabit saxlamaq xüsusiyyətləri var. Belə ki, ümumi idarəetmə sistemlərinin köməyi ilə enerji və məlumatın işlənməsi və yenidən əmələ gəlməsi hesabına, orqanizmin müdafiəsi üçün tələb olunan bioloji sistemlər aktivləşir. Tənzimlənmənin bütün mərhələlərində, yəni molekulyar hüceyrələrdən başlamış tam orqanizmə kimi, ətraf mühit amillərinin təsirinə qarşı müxtəlif dərəcəli həssaslıq göstərir və cavab reaksiyası formalaşır. Ümumiyyətlə, hər hansı xəstəliktörədicilər, eləcə də şüalanmanın təsiri zamanı insan orqanizmində özünümüdafiə funksiyası, yəni immun sistem dövrəyə girərək qoruyucu funksiyasını işə salır. Beləliklə, bioloji effektləri düzgün qiymətləndirmək üçün mütləq bioloji sistemlər və ətraf mühitin qarşılıqlı əlaqələri öyrənilməli, davamlılıq səviyyəsi aşkar olunmalıdır ki, bu da insan sağlamlığının qorunması məqsədilə kompleks tədqiqatların aparılması zəruriliyini və müvafiq tədbirlər planı işlənməsi tələbini aktuallaşdırır", - deyə A.Məmmədov qeyd edib.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 10 avqust 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son.xeber sonxabar cəbhədən görüntülər