"Bir damla qan, min ümidə can" – 4 şəhərdə qanvermə aksiyası keçiriləcək
27 Sentyabr - Anım Gününə həsr olunmuş "Bir damla qan, min ümidə can" devizi ilə könüllü qanvermə aksiyası təşkil olunacaq.
azxeber.com xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı, "Marsol Group" və "Məlhəm Beynəlxalq Hospital"ın tərəfdaşlığı ilə 23-25 sentyabr tarixlərində keçiriləcək aksiyaya sahibkarlar və şirkət əməkdaşları, eləcə də hər bir şəxs könüllü qoşula bilər.
Qanvermə aksiyası aşağıdakı ünvanlarda təşkil olunacaq:
- Lənkəran-Astara iqtisadi rayonu üzrə 23 sentyabrda Lənkəran şəhərində (Ünvan: Respublika Qan Bankı PHŞ Lənkəran bölməsi);
- Quba-Xaçmaz iqtisadi rayonu üzrə 24 sentyabrda Quba şəhərində (Ünvan: Respublika Qan Bankı PHŞ Quba bölməsi);
- Şəki-Zaqatala iqtisadi rayonu üzrə 24 sentyabrda Şəki şəhərində (Ünvan: Respublika Qan Bankı PHŞ Şəki bölməsi);
- Bakı şəhəri üzrə 25 sentyabrda "Bakı KOB evi"ndə, Respublika Qan Bankında və Məlhəm Beynəlxalq Hospitalında.
Aksiya çərçivəsində tədarük olunacaq qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, "Bir damla qan, min ümidə can" devizi ilə qanvermə aksiyasında ötən il 800-ə yaxın şəxs qan verərək xeyirxah təşəbbüsə dəstək olub.
Xidmetler [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı