Bir gün xəstələnir, 5 gün sənəd yığır: şagirdlərin "tibbi arayış" HƏNGAMƏSİ

Bir gün xəstələnir, 5 gün sənəd yığır: şagirdlərin

" class="imgbcode" />"Əksər məktəblərdə uşaqlar bir gün belə dərsdən qaldığı üçün tibbi arayış istənilir. Poliklinikaya getdikdə isə bu arayış üçün bir çox testlər tələb olunur. Məsələn, qrip üçün gedən xəstəyə göz, burun və digər müayinələr edirlər. Bu isə həm uşağın bir neçə gün əlavə dərsdən qalmasına, həm də əlavə vaxt itkisinə səbəb olur."
Belə bir şikayət məktubu ilə oxucularımızdan biri bizə müraciət edib.
KONKRET.azxəbər verir ki, publika az ünvanlanan şikayət məktubu və qeyd olunan məsələni araşdırıb.
Məsələ ilə bağlı təhsil eksperti Cahid İmanlıya müraciət etdik. O qeyd etdi ki, bu məsələ həqiqətən ciddi məsələdir, valideynin uşağını poliklinikaya aparmağı və uşağının həqiqətən xəstə olduğunu sübut etmək üçün xeyli vaxtı və pulu gedir:
"Bir çox hallarda valideynlərin övladlarını ümumiyyətlə xəstəxanaya aparmağa maddi imkanları olmur və ya uşaqlarda yüngül qrip, halsızlıq olarsa onları ev şəraitində müalicə etməyə çalışırlar. Eləcə də valideynlər ciddi xəstəliyi olan uşaqları dövlət xəstəxanalarına yox, özəl klinikalara aparırlar. Yəni əksər hallarda poliklinikalar xəstə olan uşaqlara sadəcə xəstə olması haqqında arayış verirlər. Bu arayışın verilməsi də valideynlər üçün əlavə zaman və maddi vəsait tələb edir. Hətta buna görə arayış almağa imkanı olmayan şagirdlər faktiki xəstə ola-ola məktəbə getməli olurlar. Nəticədə, yoluxucu xəstəliklər məhz daha çox təhsil müəssisələrində yayılır".
Bir gün xəstələnir, 5 gün sənəd yığır: şagirdlərin

" class="imgbcode" />Təhsil eksperti əlavə edib ki, müasir təhsil sisteminin əsas məqsədlərindən biri də şəxsiyyət yetişdirməkdir:
"Sağlam bədəndə sağlam ruh olar" prinsipi ilə yanaşsaq bizim üçün ilk prioritet şagirdlərin sağlamlığı olmalıdır. Hazırda poliklinikalardan xəstəliklə bağlı arayış almaq üçün cibində ayrıca olaraq əsəb dərmanı gəzdirməlisən. Mövcud qaydalar dərhal dəyişdirilməlidir. Valideyn məktəbə övladının xəstə olması haqqında məlumat verməli, məktəbin həkimi şagirdin yaşadığı sahə həkimi ilə əlaqə yaratmalı və həkimin şagirdin yaşadığı evə getməsini təmin etməlidir. Sahə həkiminin tövsiyəsi ilə şagirdin müalicəsinin neçə gün davam edəcəyinə qərar verilməlidir. Məhz sahə həkiminin rəyi ilə şagirdin neçə gün üzrlü səbəbə görə dərsdə iştirak edə bilməyəcəyi müəyyən edilməlidir. Bu zaman tövsiyə olunan icazə günlərinin sayı 7 gündən çox olmamalıdır. Adətən mövsümi xəstəliklər zamanı bu müddət şagirdin sağalmasına bəs edir. Daha uzun sürən, yoluxucu və ya xroniki xəstəliklər üçün arayışlar tələb olunması qaydası qüvvədə qala bilər. Belə olanda məsələni qismən həll etmək olar".
Bir gün xəstələnir, 5 gün sənəd yığır: şagirdlərin

" class="imgbcode" />Tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla diqqətə çatdırıb ki, əvvəla hər bir məktəbin tibbi məntəqəsi olmalıdır:
"Uşaqda xəstəlik əlaməti baş verdikdə məktəbdə tibb məntəqəsində qeydiyyata düşməlidir. Bundan sonra məlum olacaq ki, həmin xəstə yataq rejiminə keçməlidir, ya yox. Bunun bir başqa yolu isə sahə həkimidir. O, həmişə gəlib evdə xəstə adamı yoxlamalı, onu qeydiyyata almalı, lazım olanda da tibbi arayış verməlidir. Yəni bu sistem uzun müddət fəaliyyət göstərib. Hazırda əlbəttə, poliklinikaya gələn uşağı poliklinikada nə bilirlər ki, bu xəstə olub, ya olmayıb? Buna görə də yəqin bu arayışı təsdiq etmək üçün müəyyən müayinələr tələb olunur. Bunun üçün də effektiv sistem qurulmalıdır.
Bir gün xəstələnir, 5 gün sənəd yığır: şagirdlərin

" class="imgbcode" />Bu da ailə həkimi institutundan ibarətdir. Tibb Universitetində ailə həkimi ilə bağlı xüsusi ixtisas müəyyən edilib və bu kadrlar indi hazırlanır. Yəqin ki, yaxın illərdə ailə həkimləri artıq tam ixtisaslaşmış həkimlər olacaq və yavaş-yavaş öz yerlərini tutacaqlar. Bu problem də öz həllini tapacaq. Əlbəttə, düşünürəm ki, həkimlər konsultasiya yolu ilə müraciət edən şəxsin həqiqətən xəstələnib xəstələnməməsinə təyin etməlidir. Belə olan halda verilən arayış da həqiqətə uyğun olar".
TƏBİB Publika.az-ın sorğusuna cavab olaraq bildirib ki, məktəb və məktəbəqədər müəssisələrdə, kollec, lisey və universitetlərdə təhsil alanların ailə həkimi tərəfindən əmək qabiliyyətini müvəqqəti itirməsi (xəstəlik, karantin və digər səbəblərdən) aşkar edildikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş tibbi arayış (TQS№ 095) təqdim olunur:
Bir gün xəstələnir, 5 gün sənəd yığır: şagirdlərin

" class="imgbcode" />"Sözügedən arayış ambulator-polikilinik tibb müəssisəsi tərəfindən müvafiq müayinələr aparıldıqdan və diaqnoz təsdiqləndikdən sonra tərtib olunan tibbi qeydiyyat sənədidir. Bu baxımdan arayışın təqdim olunması üçün zəruri müayinələrin təyin və icra olunması şərtdir".

Sağlamlıq       Tarix: 28 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad


azerbaycan xeberleri son xeberler yeni xeberler sou biznes sonxeber.az havanın temperaturu maliyye xeberler bugun