Bir şişi 2-3 manata olan kabablar - Onlar nə ətindən hazırlanır?

Bir şişi 2-3 manata olan kabablar - Onlar nə ətindən hazırlanır?Şəhərin bəzi yerlərində məhəllə arası kababxanalarda lülə-tikə kababın 1 şişini 2-3 manat satırlar. Nəzərə alsaq ki, ətin bir kiloqramının qiyməti 15-20 manat arası dəyişir, bu kababların qiyməti çox ucuzdur. Bu, normal olaraq insanlarda suallar doğurur. Bu kabablar necə bu qədər ucuz satılır?
KONKRET.az xəbər verir ki,valyuta.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, illər boyu Azad İstehlakçılar Birliyi regionlarda kəsilən at, eşşək ətlərinin, murdar olmuş ətlərin Bakıya daşınmasını izləyir. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür:
"Onlar dəfələrlə ekspertizalar, həbslər və s. həyata keçirib. Amma bu problem həll olunmur. Səbəbi də odur ki, ölkədə istənilən ətin satılmasına icazə var. İstisna olunmur ki, 2-3 manatlıq kababları belə ətlərdən hazırlasınlar. Biz bunu da bilməliyik ki, lülə kababı farşdan hazırlanır. Farşın da içərisində heyvanın yeyilməyən hissələri – məsələn, beyni, yeli, dərisi və s. ola bilər. Yəqin ki, bu kimi ucuz kababların hazırlanmasında belə mənbələrən istifadə olunur. İnsanlar da bu kimi kabablardan uzaq durmalıdır. Biz tərəfdarıyıq ki, insanlar ucuz və keyfiyyətli məhsul alsınlar. Yaxşı olardı ki, kabablar 2-3 manat olsun, amma keyfiyyətli ətlərdən istifadə olunsun".
Restorator Mahir Əhmədzadə də bildirdi ki, bu kimi yerlərdə satılan kabablar adətən tikə yox, lülə kabablar olur:
"Lülənin əti çəkilmiş olur, buna da bəzi işbaz şəxslər buna toyuq dərisini, filesini və s. qatırlar. Xarici ölkələrdən alınan ucuz qiymətə olan dondurulmuş quyruqlardan istifadə edirlər. Bundan əlavə o da ola bilər ki, bir şiş kababda 220 qram ət olmalıdırsa, onun çəkisini az edirlər. Bu formada müştəriyə təqdim edirlər. Təmiz ətdən 2-3 manata kabab satmaq mümkün deyil".

Sağlamlıq       Tarix: 02 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbər son xəbərlər azərbaycanda xəbər az sonxabar