Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı

Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı1 avqust 2025-ci il tarixindən etibarən Birbank kartları üzrə bonus mexanizmi yenilənib. Yeni şərtlər çərçivəsində istifadəçilər partnyor ticarət və xidmət məntəqələrində etdikləri ödənişlərə görə artıq keşbek deyil, limitsiz Umico bonusları qazanırlar. Bu dəyişiklik daha çox qazanc imkanı yaradır və müştəri təcrübəsini daha da zənginləşdirir. 
Belə ki, daha öncə Birbank Cashback və Birbank Star kart sahibləri partnyor məntəqələrdə etdikləri alış-veriş zamanı keşbek qazanırdılarsa, yeni qaydalara əsasən bu ödənişlərə görə Umico bonusları təqdim olunur. Bonusların məbləğinə heç bir limit tətbiq olunmur. Yenilikdən faydalanmaq üçün Birbank mobil tətbiqində müvafiq ay üzrə ən azı bir Umico bonusu kateqoriyası seçilməlidir. Əgər istifadəçi keşbek kateqoriyasını seçərsə, partnyor ödənişləri üzrə bonus əldə edə bilmir. Yalnız Umico bonus kateqoriyasının seçilməsi ilə limitsiz bonus toplamaq mümkündür. 
Yenilənmiş sistem istifadəçilərə həm seçilmiş bonus kateqoriyası, həm də partnyor məntəqələrdə alış-veriş üzrə bonus qazanmaq imkanı yaradır. Məsələn, əgər cari ay üçün müştəri "Hotellər – 3%" bonus kateqoriyasını seçibsə və ödəniş etdiyi hotel 5% bonus təqdim edən partnyordursa, o həm 3% kateqoriya bonusunu, həm də 5% partnyor bonusu qazanır. Nəticədə müştəri həmin əməliyyat üzrə ümumilikdə 8% Umico bonusu əldə edir.
Hazırda Birbank Cashback və Birbank Star kartlarında aylıq limit keşbek kateqoriyaları üçün ümumilikdə 50 AZN, Umico bonus kateqoriyaları üçün isə ümumilikdə 100 AZN təşkil edir. Həmçinin Birbank Premium Cashback və Birbank Umico kartları üçün bonus kateqosiyasında 100 AZN limit tətbiq olunur. Müştərilər uyğun Birbank kartlarından istifadə etməklə bu imkanlardan yararlana bilərlər. 
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 07 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər pensiya ala bilməyəcək

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasınd

Bakıda mal ətinin qiyməti 23 manat oldu - Azərbaycanda niyə heyvan sayı azalıb?

Xəbər verdiyimiz kimi Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. Sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər. İqtisadç

Kreditinizi Birbank-a gətirin - 6%-dək güzəştlə əldə edin

Digər banklarda krediti olan müştərilər üçün Birbank-ın kredit köçürmə kampaniyasının müddəti uzadılıb. 30 sentyabr 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində müştərilər digər banklardakı kreditlərini Birbank-a köçürərə

Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız

Müştərilərinə daima sərfəli kredit təklifləri yaradan Bank of Baku bu dəfə 20 Sentyabr – Neftçilər Günü münasibətilə xüsusi kredit kampaniyasına start verib. . xəbər verir ki, Bank of Baku indi Azərbaycan Dövlət Neft Şirkət

Yasamalda hazır mənzil almaq istəyənlər üçün 3 fərqli ödəniş imkanı

Mənzil almaq istəyənlərin düşündüyü əsas məsələlərdən biridə yeni evlərinə nə vaxt köçə biləcəkləridir. Ev seçərkən sahə, otaq sayı vəlokasiya ilə yanaşı, mənzilin hazır olması da qərara təsir edir. Hazır mənzilinüstünlüy

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Son dövrdə nağdsız ödənişlərdə tətbiq olunan gündəlik köçürmə limitləri alıcılarla yanaşı, sahibkarların da gündəlik iş prosesinə təsirsiz ötüşmür. xəbər verir ki, Yelo Bank sahibkarlara bu çətinlikləri geridə qoyaraq bizneslərin

"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirdi - FOTOLAR

"AzerGold" QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib

Onların maaşı arta bilər

Bu həftə diaqnostik qiymətləndirmədə iştirak etməmiş müəllimlər üçün imtahanlar keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurla

Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqa


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler xəbər en son xeberleri cəbhədən görüntülər