BirKart' sahibləri PAŞA Sığortadan taksitlə kasko sığortası əldə edə bilərlər
Artıq Kapital Bank-ın Bakı şəhərində olan filiallarında PAŞA Sığortanın "Optimal KASKO" məhsulunu əldə etmək mümkündür. Avtomobil sahibləri illik cəmi 250 AZN-dən başlayan sığorta haqqı ödəməklə nəqliyyat vasitələri üçün 2000 AZN məbləğində könüllü sığorta təminatı əldə edirlər.
Əlavə olaraq BirKart sahibləri məhsulun dəyərini 6 ay ərzində, əlavə komissiya və faiz olmadan, bərabər hissələrlə ödəyə bilərlər. Belə ki, 250 AZN dəyərində olan "Optimal KASKO" məhsulunu seçdikdə aylıq ödəniş cəmi 42 AZN təşkil edəcək.
"Optimal KASKO" avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi hadisələrə təminat verir. Həmçinin, avtomobilin istehsal ilindən asılı olaraq rəsmi təmir servisi təminatı ilə sığorta məhsulunun qiyməti illik cəmi 300 AZN təşkil edir.
Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR
Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ
Qızıl ucuzlaşdı - Yeni qiymətlər
"Qızıl top"un sahibi bəlli oldu
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
İnfantinodan "Sabah" – "Qarabağ" oyunu ilə bağlı paylaşım – FOTOLAR