Biz heyran olmadıq, fanat olduq!

Biz heyran olmadıq, fanat olduq!Biz heyran olmadıq, fanat olduq!
Aqşin Yenisey yazır...
Heç bir şişirtməyə yer vermədən deyə bilərik ki, klassik Şərq hissin, duyğunun, klassik Qərb ağlın, zəkanın vətəni idi. Amma niyəsini soruşa bilərik. Nə üçün belə oldu? Niyə bunun əksi baş vermədi? Hansı müdhiş səbəbə görə Qərb ağılı, Şərq hissi seçdi? 
Qərbə (daha doğrusu, bütün dünyaya) ilk dəfə "ağıllı ol" deyənlər qədim yunanlar idi. Nədən ixtisaslaşmış allahların məskəni olan Yunanstanda duyğuya deyil, ağıla önəm verildi? Məntiqlə onlar daha çox yuxarılara, atmosferin seyrək qatlarına bel bağlamalı deyildilərmi? Onların ki göyləri allahlarla dolu idi. Elə bir yüksəklik ki, orada ixtisalaşmış, hərəsi bir peşə sahibi olan allahlar yaşayırdılar. 
Sualın cavabına keçməzdən öncə onu da yazım ki, Qərbin də min illik bir dövr ərzində ağıla, zəkaya bizim kimi şıllaq atıb, hissə, duyğuya qapıldığı zamanlar olub. Sonra özləri həmin zamanların adını "Qaranlıq çağ" qoydular. 
Əhvalat belə oldu; Roma imperatoru Diokletian imperiyanı ərazisinin böyüklüyü ucbatından təkbaşına idarə edə bilmədiyi üçün onu inzibati olaraq Qərbi və Şərqi Roma olmaqla iki yerə böldü. Faktiki olaraq hakimiyyətdə iki Avqust və iki Sezar vardı ki, bu da tetrarşi deyilən bir idarəetmə formasının meydana çıxmasına səbəb oldu. Ancaq bu hələ Romanın parçalanması demək deyildi. Romanı xrsitianlığı rəsmi din elan etməklə imperator Konstantin parçaladı.
Xristianlığın taxta çıxması ilə "Ağıl çağı" başa çatdı və bayaq dediyimiz "Qaranlq çağ" başladı. 
İndi qayıdaq suala; niyə ixtisaslaşmış allahların məskəni olan Yunanstanda duyğu deyil, ağıl mənəvi valyuta statusu qazandı?
Proses qədim yunanların öz allahlarını bədənləşdirməyə başlaması ilə işə düşdü. Belə ki, allahları insan bədəni formasında göstərməyə cəhd etmələri yunanları ideal görüntü əldə etməyə sövq edirdi. Çünki allaha aid olan (bədən) ideal, mükəmməlin mükəmməli kimi görünməli idi.
Bu da yunanlarda lap başından simmetriya və nisbət anlayışlarının yaranmasına, həyata, dünyaya bu anlayışların gözü ilə baxmalarına yol açdı. Simmetriya və nisbəti düzgün hesablamaq üçün riyaziyyata ehtiyac vardı.
Riyaziyyata gedən yol məntiqdən keçirdi. Beləliklə, qədim yunanlar öz allahlarının insan formasında heykəllərini yona-yona ağıllandılar, məntiqin, riyaziyyatın həzzini yaşadılar, simmetriyadakı gözəlliyi (estetikanı) kəşf etdilər, yaradıcılıqda şeylərin bir-birilərinə nisbətini ölçməyin üzə çıxan mükəmməlliyindən zövq aldılar. 
Yaxın Şərqdə, Qədim Mesopotamiyada da daşdan yonulmuş tanrı heykəlləri vardı, bu gün də qalmaqdadır, ancaq bu heykəllərdə yunan heykəllərinə xas olan ideal simmetrik görünüş, yəni estetik ölçü gözlənilməyib. Şərq tanrılarının heykəllərinə riyaziyyatın sığalı toxunmayıb. Bu heykəllər "Min bir gecə" ruhunun qorxudan doğan narahatlığı ilə yonulub. Bir növ, xalaxətri yonulmuş bu heykəllər özlərindən sonra Şərqdə heykəltaraşlığa heç bir maraq yaratmadılar.
Necə ki, "Min bir gecə" "qısır" qaldı, romanlar doğmadı. Bütpərəstliyin ləvği isə, ümumiyyətlə, biz tərəflərdə insan əli ilə düzəldilən fiqurlara marağı yox etdi. Dinimiz başdan-başa sənəti, insan yaradıcılığını küfr adlandırdı. Bircə yolumuz qaldı; heç bir işıq-kölgə prinsiplərinin, simmetrik ölçülərin gözlənilmədiyi miniatür sənətlə baş qatmaq.
Yunanlar isə simmetriyada, estetik görünüşdə mükəmməlin son həddinə can atdılar. Qədim yunanlarda ağıl, estetika anlayışına münasibətdə önə çıxdı. Məzmun çox vaxt alt şüurdan gəlsə də, üslub, forma şüur hadisəsidir və arasıkəsilməz bir prosesin nəticəsidir.
Forma vəhylə gəlmir. (Vəhy dedikdə mən beyində iradədən asılı olmayaraq gedən prosesləri nəzərdə tuturam, xüsusilə epifiz vəzisinin fəaliyyətini) Vəhy formasızdır. Şair vəhyi misra şəklinə salan linqvistik dülgərdən başqa bir şey deyil. Bütün şairlərə aşağıdan (yuxarıdan deyil) gələn, ya da göndərilən, ya da Mandelştamsayağı desək, özlərinin "axtarmadan tapdıqları" eyni şeydir, amma hər şair bu eyni olandan fərqli-fərqli misra formaları yaradır.
Şərqin bir parçası olan Azərbaycan poeziyasının formaya can atmaması da təfəkkürümüzdə estetika anlayışının yoxluğu ilə bağlıdır. Biz məna, məzmun dəlisiyik. Görünüş önəmli deyil. Simmetriya heç önəmli deyil. Bu da riyaziyyatı bizim üçün əhəmiyyətsiz edir. Beləliklə, məntiqə ehtiyacımız qalmır. 
Bəs Misir, axı orada da yonurdular, çəkirdilər? Misirlilərlə yunanların fərqi də məhz bu incə cizgidə, simmetriya və nisbət anlayışlarına münasibətdə üzə çıxır. Misirlilər texniki də olsa simmetrik qaydalara əməl etsələr də, şeylərin nisbətinə fikir vermirdilər. Onları möhtəşəmlik və çatdırmaq istədikləri fikir, məzmun maraqlandırırdı. Misir mədəniyyəti estetik yox, didaktik idi.
Bəlkə də, islam memarlığında məscid və saray (didaktika və möhtəşəmlik abidələri) tikintisindən başqa bir şeyin olmaması da qədim Misir memarlığının mirasıdır. 
Ehkamçılıqla ehramçılıq arasında bir əlaqə olmalı. 
Yunanlar allahları bədənləşdirməklə ehkamçılıqdan qaçdılar, bu da eyni zamanda ehramçılıq anlayışını aradan qaldırdı. Məscidlərinin və zövqsüz villalarının sayı ilə öyünən bir coğrafiyada yaşadığım üçün düşünürəm ki, bizdə ehramçı şüurun hələ də diri qalmasının səbəbi də təfəkkürümüzün estetik keyfiyyətlərdən yoxsul olmasıdır. Yekə avtomobil, yekə ev, kök arvad, qarınlı kişi, yekəxana övlad  - antisimmetrik pafos, pafos, pafos!
Bizim mükəmməliyin son həddinə can atmağımız bu şəkildədir; yekədirsə, mükəmməldir! Heç bir simmetriya, estetika qanunlarının gözlənilmədiyi bir mükəmməllik!
Bəzən özümüzü bu qədər tənqid etməyim mənə də yorucu gəlir, evdə gəzişərək, nə etməliyik deyə özüm də özümə sual verirəm və yeganə cavabım budur ki, zamanı saxlayıb sıfırdan başlamalıyıq, yunanlar necə başlamışdılarsa o cür! Etik olana deyil, estetik olana inanmalıyıq. Etik olan bizi özünün muzduruna, cahilinə çevirdi. Biz heyran olmadıq, fanat olduq!          
Tanrıları bədənləşdirən yunan heykəltaraşlığının estetik təsiri o qədər güclü idi ki, ilk modernistlər olan xristian rahibləri yunan loqosundan imtina etsələr də öz inanclarını heykəllərlə, ikonalarla bəzəməkdən özlərini saxlaya bilmədilər. Hətta xristianlarda "Gözəl olan, adil olandır" ifadəsi də öz başlanğıcını yunan tanrı heykəllərinin ideal mükəmməlliyindən alır desək, yəqin ki, qardaş qırğını düşməz. 
İlk xristianlar öz kilsələrində qədim yunan mədəniyyətinin estetika anlayışına sevgisini yamsıladılar. Qədim yunan məbədləri, sarayları tanrı heykəlləri ilə bəzədildiyi kimi, xristianlar da öz kilsələrini İncil əhvalatlarına aid rəsmlərlə, ikonalarla bəzədilər.
Eko "Qızılgülün adı" romanında İtaliyada bir kislənin divarlarına yonulmuş mistik heykəllərin uzun-uzadı təsvirini elə canlı verir ki, həmin fəsli oxuyanda, sanki, iki quyruğu, dörd başı, qırx gözü olan məxluqların diyarında səyahət edirsən. 
Bu da xristianlığa könül vermiş sadə, çarəsiz, avam, yazıb-oxuya bilməyən sadə insanların inandıqları şeyin nədən ibarət olduğunu kilsə divarlarında görüb tanımalarına yol açdı. Eyni zamanda İncil əhvalatlarının kilsə divarlarına rəsm edilməsi xristianların müqəddəs kitabının xalqın düşüncəsində həm də bir sənət əsəri obrazını yaratdı. İncil estetik bir dəyər qazandı.
Şeytanın, Əzrayılın, cəhənnəmin, İsanın şəklini kilsə divarlarından görən sadə xristianlar fərqində belə olmadan reallıq hissi ilə yaşamağa məruz qaldılar. O biri dünya haqqında xəyal qurmağa ehtiyacları qalmadı, çünki öldükdən sonra qarşılaşacaqları "həyat" gözlərinin önündə idi. Xristianlar yanacaqları cəhənnəmi təsəvvür etmirdilər, görürdülər. Metafizik inancları belə xristianları reallıq hissinə bağladı. Bütün bunların kökü isə allahları bədənləşdirən yunanlardan gəlirdi. 
Quran belə bir hadisə ilə üzləşmədi. Biz oxuya bilmədiyimiz kitabı görə də bilmədik. O, bizə ancaq etik qadağaları, əxlaqi hədələri və utopiyaları ilə çatdırıldı. Şərqin, daha doğrusu, müsəlman Şərqinin yaradıcı bozluğunun sirri də, bəlkə, bu məqamda gizlənir; kilsə və məscid divarlarının fərqində. Qədim Yunan mədəniyyəti ilə aralarında saxladıqları məsafənin yaxınlıq və uzaqlığında...
Müəllif bayaq düz buyurdu, biz heyran olmadıq, fanat olduq, hocam!    /oxu.az

Sosial     Baxılıb: 526   Tarix: 05 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı nə qədər artıb? - RƏSMİ

2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinə (DSK) istinadla xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlav

Sabah Ordubadda işçıq olmayacaq

Sabah Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq. xəbər verir ki, sabah "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfində

Bakıda çoxmərtəbəli binada YANĞIN

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Həsən Bəy Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən mənzildə yanğın baş verməsi barəsində məlumat daxil olub

Bu məmur eyni qəddarlığı tikinti maqnatlarına, bar-klub sahiblərinə göstərə bilərmi?

Sumqayıtda məmur eyni qəddarlığı və "qətiyyət"ı yüzlərlə sakini evindən edən tikinti maqnatlarına, bar-klub sahiblərinə münasibətdə göstərə bilərmi. xəbər verir ki, bu sözləri "İslahatçı Gənclər İctimai Birliyi"ni

Aygül Səfərli yüksək vəzifəyə TƏYİN OLUNDU

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni kadr təyinatı həyata keçirilib. xəbər verir ki, müvafiq qərarla Aygül Rahib qızı Səfərli Dövlət Sosial Müdafiə Fondunun Təmina

Günün qoroskopu: Aktivlik və hərəkət sizə enerji verəcək

Bu gün kainat sanki nəfəsini dərindən alır. Göy qübbəsində işıq, enerji və duyğu harmoniyası yaranır. Günəş hələ də Dolça bürcünün parlaq, yenilikçi səmalarında parlayır, Ay isə Şir bürcündə öz krallıq enerjisini göstərir

Dünya İqtisadi Forumu 2026-cı ildə qlobal risklərlə bağlı hesabatı təqdim edib

2026-cı ildə qlobal risklərlə bağlı hesabat dərc olunub. Qeyd edilib ki, yeni rəqabət dövründə geosiyasi və iqtisadi risklər artır. azərtac-a xarici istinadla xəbər verir ki, biznes liderləri, hökumət başçıları, beynəlxal

Azərbaycan Pakistandan sarıkök tədarükünü bərpa etdi

Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verri ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 % çox

Anar Ələkbərov 'Qeyzer' sərgisində iştirak edib - FOTOLAR

Azərbaycan Prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsində təqdim olunan "Qeyzer" müasir incəsənət sərgisində iştira


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler maraqlı xəbərlər oxu.az xeberler sonxabar