Bölgələrimizdəki hava limanlarını niyə aktiv işlədə bilmirik? - FOTO

Bölgələrimizdəki hava limanlarını niyə aktiv işlədə bilmirik? - FOTOBölgələrimizdəki hava limanlarını niyə aktiv işlədə bilmirik? - FOTO
Müstəqillik dövründə Azərbaycanın bölgələrində - Lənkəran, Zaqatala, Yevlax, Qəbələ və Gəncədə hava limanları yenidən quruldu. Bəziləri, demək olar ki, sıfırdan inşa edildi və bu məqsədlə milyonlarla vəsait xərcləndi. Onları saxlamaq üçün də hər il xeyli resurs sərf edilir. Amma bu aeroportların bəzilərinin nə gedəni var, nə də gələni...
Bəs bölgələrimizdəki hava limanlarını niyə aktiv işlədə bilmirik?
"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ölkədaxili daşımalarda məsafə qısa olduğundan bölgə hava limanları rentabelli olmur. Amortizasiya xərcləri, təyyarənin tez-tez qalxıb-enməsinin aşınmanı sürətləndirməsi qısa məsafəli uçuşları əlverişsiz edir:
"Ölkədaxili daşımalar bizdə yalnız Bakı-Naxçıvan, Bakı-Gəncə, Gəncə-Naxçıvan istiqamətlərində mövcuddur. Alternativ nəqliyyat olduğu halda kim bir saata Lənkərana, Qəbələyə, yaxud Gəncəyə getmək üçün böyük məbləğdə pul ödəmək istəyər? Nəzərə almaq lazımdır ki, vaxta qənaət məsələsində də təyyarə ilə səyahət o qədər əlverişli deyil. Çünki reysqabağı hazırlıq üçün hava limanına ən azı saat yarım öncə getmək lazımdır. Hava limanları isə adətən, şəhərdən kənarda yerləşir və oraya gedib çatmaq xeyli vaxt tələb edir. Bütün bunları nəzərə alanda, qeyd etdiyimiz rayonlara təyyarə ilə səyahət minimum üç saata başa gəlir. Ona görə də alternativ olaraq dəmir yolu ilə səyahət sərnişinlər üçün daha rahat və sərfəlidir".
Bölgələrimizdəki hava limanlarını niyə aktiv işlədə bilmirik? - FOTOEkspert qeyd etdi ki, bölgələrdəki hava limanlarının işləkliyini təmin etmək üçün digər variantlara köklənmək lazımdır. Məsələn, son zamanlar dünyada hava nəqliyyatı ilə yükdaşımalar artmaqdadır. Biz də bölgələrdəki limanlardan bu məqsədlə istifadə edə bilərik:
"Ölkəmizin coğrafi mövqeyi çox əlverişlidir, hava dəhlizlərinin altındadır. İstənilən ekstremal vəziyyətdə təyyarələrin Azərbaycanda təcili eniş etməsinə, ehtiyac yaranarsa, yanacaq doldurmasına imkanlar var. Ölkənin daxilində bir neçə hava limanının olması xarici aviaşirkətlərə çeşidli imkanlar vəd edir".
Bölgələrdəki hava limanları ölkəmizdə turizmin inkişafına da təkan verə bilərlər. R.Ağamirzəyev xatırladıb ki, 2019-cu ildə Bakıdan Qəbələ və Qubaya helikopter turu ilə bağlı elan verilib:
"Turizm şirkətlərindən biri eyni gün gedib-qayıtmaq şərti ilə, 12 nəfərlik helikopter turunu adambaşı 1100 manatdan təklif edirdi. Qiymət əlverişli deyildi deyə, təklif maraq cəlb etmədi. Amma daha münasib qiymətə, fərqli və maraqlı helikopter səyahətləri haqqında təkliflər olarsa, bu, ölkəmizi gəzmək istəyən əcnəbilərin, zamanla hətta yerli turistlərin də diqqətini cəlb edə bilər".
R.Ağamirzəyev qeyd edib ki, Gəncə, Qəbələ və Zaqatala hava limanları həm də qonşu ölkələr üçün çox əlverişlidir. Azərbaycan Avropa ilə Asiyanın tam mərkəzində yerləşir. Bu, tranzit daşımaları baxımından əlavə dəyər deməkdir. Məsələn, Lənkəran hava limanı İrana yaxın ərazidə yerləşir, Mərkəzi Asiya ölkələri ilə Körfəz dövlətləri arasında hab - qovşaq rolunu oynaya bilər. Digər hava limanları da başqa ölkələr üçün cəlbedici görünür.
Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının İdarə Heyətinin üzvü, tanınmış turizm bloqeri Azər İsmayıl isə deyib ki, pandemiyadan sonra Gəncə aeroportundan uçuşların sayı artıb. Hazırda Gəncədən Moskvanın hər üç aeroportuna, Sankt-Peterburqa və İstanbula uçuşlar həyata keçirilir:
Bölgələrimizdəki hava limanlarını niyə aktiv işlədə bilmirik? - FOTO"Eyni zamanda, Gəncədən Naxçıvana da təyyarə reysi var. Lənkərandan isə yalnız Moskvaya reys həyata keçirilir. Qəbələ aeroportundan ümumiyyətlə, reys yoxdur. Çünki bu aeroportların ölkədaxili səfərlər üçün istifadəsi effektiv deyil. Bakıdan Lənkərana və Qəbələyə avtomobillə iki saat yarım-üç saata çatmaq mümkündür. Gəncəyə isə qatarla üç saat əlli dəqiqəyə getmək olar. Qiymətinə və vaxta qənaətə görə təyyarə reysləri ölkədaxili səfərlər üçün sərnişinlərə sərf etmir".
A.İsmayıl bildirib ki, Zaqatala aeroportunun mülki uçuşlar üçün istifadəsi yararlı ola bilər:
"Məsələn, Bakıdan Zaqatalaya həftədə bir təyyarə reysi təşkil edilərsə, qiymət də münasib olsa, işləkliyin təmin olunması mümkündür. Bunu edə bilsək, şimal bölgəsində turizmin inkişafına, xarici ölkələrdən buraya birbaşa səfərlərinin təşkil edilməsinə imkan yaranar". 
Bloqer onu da deyib ki, bölgələrdəki hava limanlarının beynəlxalq uçuşlar üçün aktivləşməsində əsas maneə viza rejimidir: "Avropa İttifaqının vətəndaşları Azərbaycana viza ilə gəlirlər. Belə olan halda xarici aviaşirkətlərin bölgələrdəki hava limanlarını seçmələri risklidir. Ona görə də, Avropadan ən yaxşı halda paytaxta uçuşlar təşkil edə bilirlər". 
A.İsmayıl bir müddət öncə Türkiyədən Lənkərana təyyarə reyslərinin planlaşdırıldığını xatırladıb.
O təəssüflə qeyd edib ki, bu plan kağız üzərində qalıb: "Qəbələyə isə mövsümi uçuşlar təşkil edilir. Bəzi hallarda Dubaydan və Moskvadan reyslər olur". 
A.İsmayıl bildirib ki, bölgələrdəki bəzi aeroportlar hərbi məqsədlər üçün də istifadə edilir.
Onların mülki cəhətdən istifadəsini daha da genişləndirmək üçün isə, Azərbaycanın viza tələb etmədiyi ölkələrdən buraya birbaşa uçuşların qiymətlərini endirməklə reyslər təşkil etmək mümkündür. Bundan başqa, bu aeroportlarda təyyarələrin parkinq qiymətinin münasib olması da xarici şirkətləri cəlb edə bilər". / oxu.az

Turizm     Baxılıb: 355   Tarix: 17 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Miqrantların qalma müddəti azaldılır. Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib. Bu barədə qurumu

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını


azerbaycan xeberleri son xeberler yeni xeberler butun xeberler son xeberler bugun 2025 canli xeber sosial yardim