Britaniya məhkəməsi dünyaca məşhur dahini psixiatriya xəstəxanasında çürütmək qərarına gəldi - FOTO

Britaniya məhkəməsi dünyaca məşhur dahini psixiatriya xəstəxanasında çürütmək qərarına gəldi - FOTOBritaniya məhkəməsi dünyaca məşhur dahini psixiatriya xəstəxanasında çürütmək qərarına gəldi - FOTO
"Rockstar Games"i sındıran, "Grand Theft Auto 6"nın (GTA VI) ilkin versiyasının bir çox videosunu oğurlayan və sızdıran britaniyalı haker 18 yaşlı Arion Kurtaja hökm oxunub.
Hakim Patrisiya Lis hakerin qeyri-müəyyən müddətə (bu ömürlük də ola bilər) mühafizə olunan xəstəxanada məcburi saxlanmasına qərar verib.
Məhkəmə belə nəticəyə gəlib ki, Kurtaj hələ də hakerliyə bağlıdır və çox güman ki, azadlığa buraxıldıqdan sonra yenidən fəaliyyətinə cəhd edəcək. Bundan əlavə, digər hakerlərin gənci yenidən qanunsuz fəaliyyətə cəlb etmək riski var. Nəticədə, psixi sağlamlıq məhkəməsi onun ağlı başında olduğunu elan edənə və müəssisəni tərk edə biləcəyinə qərar verənə qədər Kurtaj mühafizə olunan xəstəxanada qalacaq.
Qərara hakerin davranışı təsir edib - həbsdə olarkən o, aqressiya və zorakılıq nümayiş etdirib, həmçinin azadlığa çıxandan sonra hakerlik və internet cinayətləri törətməyə davam edəcəyinə söz verib. 
Məhkəmə Kurtajın adı açıqlanmayan 17 yaşlı şərikini də 18 ay müddətinə reabilitasiya cəzasına məhkum edib.
Hər iki hakerin autizmdən əziyyət çəkdiyi bildirilir. Bundan əlavə, hakimlər Kurtajı "özünə hakim ola bilməyən, iradəsiz" kimi elan ediblər, bu səbəbdən də o, hakim qarşısına çıxarılmayıb.
Arion Kurtaj "Rockstar Games", NVIDIA və "Uber"i sındırmaqla tanınan "Lapsus$" haker qrupunun əsas üzvlərindən biri olub.
Məhkəmə müəyyən edib ki, hələ yayımlanmamış "Grand Theft Auto VI"nın videolarını internetə məhz o sızdırıb.
Bu hadisənin özü kiber aləmdə böyük səs-küy yaradıb. Belə ki, bir neçə ay əvvəl girov müqabilində zaminə buraxılan Kurtaj "Travelodge" hotelində polis mühafizəsi altında olarkən ən məşhur "hack"ını həyata keçirib: O, notbukunun müsadirə olunmasında baxmayaraq, "Amazon Firestick", televizor və mobil telefonundan istifadə edərək "Rockstar" şirkətinə kiberhücum edib, hələ yayımlanmamış və çox gözlənilən GTA oyununun yeni versiyası barədə 90 klip oğurlayıb. Sonra şirkətin daxili "Slack" mesajlaşma sisteminə hücum edərək - "Əgər "Rockstar" 24 saat ərzində "Telegram"da mənimlə əlaqə saxlamasa, mənbə kodunu dərc etməyə başlayacağam", - deyə ismarış yollayıb.
Daha sonra o, klipləri və mənbə kodunu "TeaPotUberHacker" adı altında forumda yerləşdirib. Bundan sonra Kurtaj yenidən həbs edilib.
Britaniya məhkəməsi dünyaca məşhur dahini psixiatriya xəstəxanasında çürütmək qərarına gəldi - FOTOBritaniya məhkəməsi dünyaca məşhur dahini psixiatriya xəstəxanasında çürütmək qərarına gəldi - FOTOMənbə: Techno-news.net / oxu.az

Maraqlı       Tarix: 23 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar son xeber 2026 butun xeberler xeberler bu gun