Broyler toyuqlarına hormonal preparatlar, antibiotiklər verilirmi? - RƏSMİ CAVAB

Broyler toyuqlarına hormonal preparatlar, antibiotiklər verilirmi? - RƏSMİ CAVABSon günlər soail şəbəkələrdə və mətbuatda yenidən broyler toyuqlarının ətində təhlükəli maddələrin olması, onların bəslənməsində hormonlar və digər zərərli maddələrdən istifadə edilməsi barədə məlumatlar yer almaqdadır.
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından Yenisabah.az-a verilən məlumata görə, qida sahəsində mütəxəssis Assosiasiya üzvü Yusif Həkim dünyada broyler toyuqlarına dair qeyd edilən iddialarla bağlı araşdırma nəticəsinin rəyini təqdim edib:
"Broyler toyuğu xüsusilə ət üçün yetişdirilir (Gallus gallus domesticus). "Broyler" sözünün mənası qızartma üçün əti yumşaq olan cavan toyuq deməkdir. Cornish və Plymouth Rock cinslərinin qarışığından əmələ gəlib. Ümumiyyətlə, toyuğun əhliləşdirilməsi eramızdan əvvəl 2100 – 2500 – cü illərə təsadüf edir. Qırmızı cəngəllik quşu Gallus gallusun alt növü olan yumurta tipli toyuqların cütləşməsi nəticəsində əldə edilir. İlk hibrid broyler toyuqları (broyler toyuqları) 1930 – cu ildə iri döşlü erkək Cornish və uzun enli ayaqlı ağ dişi Plymouth Rocks toyuqlarını çarpazlaşdırmaqla əldə edilmişdir. Lakin onun ət istehsalı üçün intensiv istifadəsi 1960 – cı illərdən sonra başlamışdır. O vaxtdan bəri damazlıq və seleksiya işləri bu broylerlərin sürətlə inkişaf etməsi və daha çox döş ətinə sahib olması üçün diqqət mərkəzində olmuşdur. Bu elmi araşdırmalar nəticəsində broyler toyuqları 1950 – ci illərdəki toyuqlarla müqayisədə bədən ölçüləri və döş əti baxımından əhəmiyyətli dərəcədə irəliləmişdir. Kəsim üçün ağ tüklü broyler toyuqları 1973 – cü ildə Shaver şirkəti tərəfindən yetişdirilmişdir.
Fərqli irqlər və ya eyni irq daxilindəki ayrı – ayrı nəsillər və xətlər kimi müxtəlif genetik quruluşa malik bütün qruplar arasında birləşmələr mələzləmə və ya hibridləşmə, əldə edilən nəsillərə isə mələz və ya hibridlər deyilir. Quşçuluqda çarpaz yetişdirmə valideynlərinin orta göstəricisindən yüksək məhsul verəcək nəsillər (mələzlər) yetişdirmək üçün valideynlərin (damazlıqların) seçilməsi yolu ilə həyata keçirilir. Broyler toyuqlarının məhsuldarlığını artırmaq üçün aparılan damazlıq tədqiqatları sadəcə olaraq müxtəlif toyuq cinslərində və onlardan alınan təmiz cinslərdə seleksiya və çarpazlaşmaya əsaslanır.
Toyuqların inkişafındakı bu yaxşılaşmanın 85 faizi toyuq cinslərinin təbii genetik quruluşu və yetişdirmə (seleksiya, çarpazlaşma və s.) tədqiqatları ilə bağlıdır. Qalan 15 faiz irəliləyiş isə düzgün bəslənmə, keyfiyyətli yem istehsalı, xəstəliklərə qarşı effektiv mübarizə, düzgün gigiyena və biotəhlükəsizlik qaydalarına riayət edilməsi, toyuqların yaxşı inkişaf edə biləcəyi quşçuluq fermalarına qulluq nəticəsində əldə edilir. Yəni hər şey təbii şəkildə təmin edilir və toyuqlara heç bir genetik modifikasiya və ya əlavə böyümə agentlərinin tətbiqi yoxdur.
Ticari olaraq ROSS 308, ROSS 708, COBB 500, HUBBARD və.s cinslər mövcuddur. Ölkəmizdə əsasən ROSS 308 və COBB 500 cinsləri yetişdirilir.
Broyler toyuq yetişdirilməsi heç də asan proses deyil. İlkin istehsala, yəni ana sürüsündən tutmuş toyuğların yetişdirilməsi proseslərinin hər birində ciddi nəzarət həyata keçirilməlidir. Sağlam cücə, balanslaşdırılmış yem, fermaların dizaynı, havalandırma, işıqlandırma, istilik, altlıq, istifadə edilən su, biotəhlükəsizlik və.s parametrlər dəqiq, keyfiyyətli və vaxtında həyata keçirilməlidir.
Toyuqlara tez böyüməsi üçün hormon verilirmi? Müxtəlif vəz və hüceyrələrin ifraz etdiyi hormonlar, böyümə, metabolik hadisələrin tənzimlənməsi, cinsi xüsusiyyətləri və s. funksiyaları idarə edən və həddindən artıq olduqda və ya çatışmazlığında anormallıqlara səbəb olan bioloji maddələrdir. Keçmişdə Testosteron, Dietilstilbesterol və bəzi digər böyümə hormonları kimi cinsi hormonlar 1960 – cı illərdə tədqiqat səviyyəsində broyler toyuqlarında sınaqdan keçirilmiş, lakin uğurlu nəticələr əldə edilməmişdir. ABŞ – da FDA bunu 1960 – cı ildə qadağan etmişdir. Onun istifadəsi ölkəmizdə, Türkiyədə, Avropa İttifaqında və bütün dünyada qadağandır.
Hormonlar zülal və steroid hormonlar olmaqla iki qrupa bölünür. Ev quşlarında təsdiqlənmiş steroid hormonları yoxdur. Protein hormonları (böyümə hormonu və insulin və s.) həzm sistemində parçalanır və ağızdan qəbul edildikdə öz təsirini itirir. Doğuşa nəzarət həbləri (estrogen, progesteron və testosteron, eləcə də sintetik hormonlar (trenbolon asetat və zeranol)) kimi steroid hormonlarına ABŞ – da ətlik mal – qarada yalnız qulaq arxası implantlar kimi istifadəyə icazə verilir. Ənənəvi broyler toyuq istehsalında dünyada təsdiqlənmiş və istehsal olunmuş belə implant yoxdur və hazırkı istehsal şəraitində onsuz da qısa böyümə müddəti və istehsal intensivliyi və sayı nəzərə alınmaqla onun toyuqlara tətbiqi mümkün deyil. Keçmişdən indiyə kimi quşçuluqda heç bir hormonun istifadə edilmədiyini, yemə və suya əlavə edilməsində təsirli olmadığı üçün istifadə etməyə ehtiyac olmadığını dəqiq və birmənalı bilməkdə fayda var.
Toyuqlara antibiotik verilirmi? Antibiotiklər göbələklər tərəfindən istehsal olunan təbii metabolitlərdir və bakteriyaların böyüməsinin qarşısını alır. Xəstə toyuqlar və sürülər üçün, baytar həkim resept yazsa, terapevtik istifadə mümkündür. Terapevtik istifadədə antibiotikin xaric olma müddəti nəzərə alınır, antibiotik istifadə olunduğu müddətdə heyvanlar kəsilmir və yalnız müalicədən sonra qanuni təmizlənmə müddətindən sonra bazara çıxarılmaq üçün kəsimə verilir. Kiçik dozalarda yemə antibiotiklərin əlavə edilməsi ilə quşçuluqda təkmilləşdirilmiş performans aşkar edildikdən sonra bu birləşmələr illərlə böyümə faktoru kimi, xüsusən də broyler istehsalında istifadə edilmişdir. Ancaq bakteriyaların müqavimət inkişaf etdirə biləcəyi və bu müqaviməti bakteriyalara ötürə biləcəyi müəyyən edildikdən sonra artan narahatlıqlar nəticəsində bu məqsədlə istifadə edilən böyümə faktoru antibiotikləri 1998 – ci ildə Avropa Birliyində qadağan olunmağa başladı və sonra 2006 – cı ildə Avilamisin və Flavomisin qadağası ilə quşçuluqda böyümə faktoru antibiotiklərinin istifadəsi sona çatdı. Buna görə də 2006 – cı ildən broyler toyuq əti istehsalında böyümə faktoru antibiotiklərindən istifadə edilmir.
Broyler toyuqların yemində GMO varmı? Bəli, broyler toyuqlarının yemində əhəmiyyətli miqdarda (təxminən 30 faiz) soya və onun məhsulları var və bu soya da GMO – dur. Genetik Modifikasiya edilmiş Orqanizm (GMO) müasir biotexnologiya metodlarından istifadə etməklə genetik strukturları təkmilləşdirilmiş bitki, heyvan və ya mikroorqanizmləri ifadə etmək üçün istifadə  olunur. Xüsusilə bitkiçilikdə genetik modifikasiyadan intensiv istifadə olunur və bu istehsal nəticəsində əldə edilən materialın mühüm hissəsi heyvan yemi kimi qiymətləndirilir.  Bütün dünyada quşçuluq istehsalının əvəzedilməz yemi olan soya istehsalı (ticarətə verilən soyanın 95 faizi GMO – dur) ölkəmizdə yetərincə olmadığından ehtiyac idxal hesabına ödənilir. Aİ ölkələrində 58 GMO risk analizlərindən keçərək insan qidası və heyvan yemi kimi istifadə olunmaq üçün idxal icazəsi alıb və təxminən 28 milyon ton soya və 6 milyon ton qarğıdalı qlüteni idxal edilir. Ölkəmizə qarğıdalı və soya da daxil olmaqla GMO məhsul səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş, yalnız yem kimi idxal olunur və onların əksəriyyəti quşçuluq istehsalında istifadə olunur.
Əgər GMO yemlərdən heyvan yemi kimi istifadə edilirsə, sağlam olub – olmaması, genlərinin və zərrəciklərinin toyuq ətinə keçib – keçməməsi insanlarımızı maraqlandıran mövzulardandır. Yemə tətbiq edilən fiziki proseslərdən başqa, heyvanın istehlak etdiyi DNT çeynəmə və həzm sistemi boyunca davam edən fermentativ həzm və turşu hidrolizi ilə sürətlə kiçik parçalara parçalanır. DNT istehlakı ilə əlaqədar olaraq, həm Ümumdünya Səhiyyə Təşkilatı (1993), həm də ABŞ Qida və Dərman İdarəsi (FDA) DNT istehlakının, o cümlədən GMO məhsullarından DNT istehlakının risk yaratmadığı qənaətinə gəlib. EFSA tərəfindən 20 iyul 2007 – ci il tarixdə hazırlanmış "Ət, süd və yumurtada rekombinant DNT və ya zülalların taleyi" mövzusunda hesabatda GMO bitkiləri ilə qidalanan broylerlər, inəklər, donuzlar və ya bildirçinlər kimi kənd təsərrüfatı heyvanlarının toxumalarında, mayelərində və ya südündə GMO hissəcikləri və ya zülalları tapılmadığı bildirilir. Aeschbacher və başqalarının (2005) broyler və yumurtlayan toyuqlar üzərində apardıqları araşdırmanın nəticələri də rekombinant  DNT və onun hissəciklərinin toyuq ətinə və yumurtasına keçmədiyini ortaya qoydu. Eyni tapıntılar mövzu ilə bağlı bir çox tədqiqatda təsdiqlənmişdir.
Beləliklə, broyler toyuğunun ziyanlı olmasını söyləmək yanlışdır. Təhlükəsiz, halal toyuqları yemək lazımdır. Halal və Tayyiblik prinsipi kəsimdən əvvəlki prosesləri (bəsləndiyi yem), kəsim prosesini (əl ilə kəsim, stressdən azad olma və.s) və kəsimdən sonra prosesləri (qan süzülmə, tərəzi faktorları və.s) əhatə etməlidir".

Sağlamlıq     Baxılıb: 247   Tarix: 29 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

35 yaşından əvvəl siqareti tərgidəndə nə baş verir?

35 yaşından əvvəl siqareti tərgitsəniz, bədəniniz heç vaxt siqaret çəkməyən bir insan səviyyəsinə qədər bərpa oluna biləcək. -a istinadən xəbər verir ki, pulmonoloq Larisa Afanasyeva bu barədə məlumat verib. "Son siqaret

Hər evdə var, xərçəng yaradırmış – Gündə iki ədəd kifayət edir

Braziliya qoz-fındığı geniş şəkildə "super qida" kimi tanınır. Məhsul antioksidantlar, B və E vitaminləri, eləcə də kalsium, sink, maqnezium və xüsusilə selenlə zəngindir. milliaz-a istinadən xəbər verir ki, b

Bu problemi olanlar, yumurta sarısına "yox" desin

İnsult beyninizin bəzi hissələri qansız qaldıqda və zədələndikdə və ya öldükdə baş verir. Diabet, yüksək təzyiq, yüksək xolesterol olanlar insult riski altında hesab olunurlar. -a istinadla xəbər verir ki, kardioloq Ole

Gözü kor edə bilən - 3 məşhur QİDA

Tədqiqatlar sadə karbohidratların mürəkkəb karbohidratlarla əvəz edilməsinin vacibliyini bir daha sübut edib. Təəssüf ki, bədəninizə daxil etdiyiniz şey görmə orqanı kimi qiymətli sərvəti təhlükəyə ata bilər. -a istinadl

Qarını əritmək üçün ən yaxşı DİETA

Heyvan məhsullarının azaldılması və daha çox bitki mənşəli qidalar visseral yağdan qurtulmağa kömək edə bilər. Hamımızın bədənimizdə müəyyən miqdarda visseral yağ var. Gördüyünüz dərialtı yağdan fərqli olaraq, visserial ya

Qulaqlarınızı kar edə bilər - Hər kəs istifadə edir

Son illərdə qulaqcıqlardan gündəlik istifadə xeyli artıb. Musiqi dinləmək, film izləmək və telefon danışıqları üçün geniş istifadə olunan bu cihazların sağlamlığa təsiri isə tez-tez müzakirə olunur. Mütəxəssislər bildirirlə

Ölkədə yayılan virusdan necə qorunaq?

Havaların soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyaların, həmçinin, qripin yayılmasında artım müşahidə olunur. Kəskin respirator virus infeksiyaları yüksək hərarət, öskürək, boğaz ağrısı, ümum

Bu məşqlər beyin qocalmasını yavaşladır

Beynin qocalmasını yavaşlatmağın gözlənilməz yolu kəşf edilib. Güc məşqləri beynin qocalmasını yavaşladır və funksiyasını yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, yeni bir araşdırmaya görə, güc məşqləri beynin funksiyasın

Ətdən tam imtina etmək ciddi fəsadlar verir

Ətin rasiondan çıxarılması anemiya və dəmir çatışmazlığının inkişafına, endokrin pozğunluqlara səbəb ola bilər. -a istinadla xəbər verir ki, diyetoloq Yelena Tixomirovanın sözlərinə görə, ətdən imtina etmək qərarına gələ


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 muharibe cəbhədən son görüntülər ən son xəbərlər bugün cəbhədən canlı