"Brüsseldəki görüş regionda qarşıdurmanın kəskinləşməsinə səbəb olacaq" - Sarkisyan
"Qərblə Rusiya arasında gərgin münasibətlər kontekstində Brüssel görüşü regionumuzda bu qarşıdurmanın kəskinləşməsinə gətirib çıxaracaq".
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.
O, baş nazir Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında aprelin 5-də Brüsseldə gözlənilən görüşə toxunaraq əlavə edib:
"Fərqli geosiyasi şəraitdə belə bir görüş Ermənistan üçün faydalı ola bilərdi. Lakin indi, Qərblə Rusiya arasında qarşıdurma vəziyyətində, belə bir görüş, şübhəsiz ki, regionumuzda gərginliyə gətirib çıxaracaq.
Şayiələr var ki, guya bizə pul vəd edəcəklər. Aİ və ABŞ Ermənistan hökumətindən Ermənistanda əsl demokratiyanın bərqərar olmasını, siyasi məhbusların azad edilməsini, korrupsiyaya qarşı real mübarizənin aparılmasını tələb etməlidir", – deyə Serj Sarkisyan bildirib.
Günel Mikayılova,
KONKRET.az

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi