Bu dəfə Nuh ailəsini deyil, yalnız özünü xilas edəcək

Bu dəfə Nuh ailəsini deyil, yalnız özünü xilas edəcəkBu dəfə Nuh ailəsini deyil, yalnız özünü xilas edəcək
Aqşin Yenisey yazır...
Nuh yalnız öz ailəsini xilas etdi. 
Bununla da başqalarının ailəsinə qoyulan bəşəri məzənnə müəyyən olundu. Sabirin "Mən salim olum, cümlə-cahan batsa da batsın" misrasının "gölgələr aləmin"dəki müəllifi, əslində, Nuhdur. Bu ailə anlayışının planetar bir yanlışlıq üzərində inşasına aid hamının bildiyi bir bilgidən əldə olunan hermenevtik bir nəticədir. 
Son 60-70 ildə Qərbdə "rifah dövləti" anlayışının praktikada özünü doğrultması fərdin həyatında ailənin yerini dövlətin və müxtəlif sosial qurumların tutmasından sonra ailə və ailə üzvü arasındakı qarşılıqlı güvənə əsaslanan o qədim ittifaq dağılmağa, ailə anlayışı öz əhəmiyyətini itirməyə başlayıb, hətta fərd üçün dözülməz, məcburi bir mühit kimi aşağılanmağa məruz qalıb. Anasının ölüm xəbərinə tükü də tərpənməyən Kamyu qəhrəmanları dünyanı bürüyüb. 
Bu dəfə Nuh ailəsini də deyil, yalnız özünü xilas etmək haqqında düşünür.
"Rifah dövləti" ailənin tarixi düşmənidir. "Rifah dövləti" anlayışı ailə adlı planetar yanlışlığın yenidən düzəldilməsidir, xüsusi olandan ümumi olana qayıdışdır. "Rifah dövləti"ndə fərdin həyatındakı ailənin yerini dövlət və ya müxtəlif sosial qurumlar tutur. Yəni məsələn, qocaya nəvəsi deyil, hansısa dövlət, yaxud qeyri-dövlət qurumunun işçisi baxır. 
Son illərin məşhur ABŞ alimi Cared Daymond "Xalqların tənəzzülü" kitabında Fici ailələrində babalar və nəvələr arasında münasibətlər üzərində apardığı müşahidələrə əsasən yazır ki, bu ənənəvi ailələrdə babalara diqqət etmək nəvələrin mənəvi olmaqdan ziyadə sosial borcudur. ABŞ-da isə nəvələr istədikləri vaxt ailəni tərk edə bilər, babalar isə çox güman "Qocalar evi"nə göndərilir. 
Daymond ABŞ-dakı bu ailə modelini "təbii seçim"lə müqayisə edir, yəni ailədə fərdlər bir-birilərini "yaşamaq uğrunda" öldürə və evdən (mağaradan) qova bilərlər. "Rifah dövləti"ndə ailənin hazırki vəziyyətinə aid daha bir nümunə: 2012-ci ildə aparılan bir araşdırmaya görə, İngiltərə və Belçikada hər dörd uşaqdan biri ya anası, ya atası ilə yaşayır. Bu hal Danimarka, Fransa, Portuqaliya, Norveç kimi digər Avropa ölkələrində də yayğındır. Sosioloqlar deyir ki, bu vəziyyətin iki əsas səbəbi var: boşanmaların sayının artması və ənənəvi olmayan cinsi münasibətlərin çoxalması. Bu iki səbəbin də iki səbəbi var, "rifah dövləti"nə olan güvən və seksual əlaqənin əlçatan olması. İngiltərədə 1980-ci illərdən başlayaraq dövlətdən yardım alıb uşağını "atalı yetim" kimi böyütmək istəyən qadınların sayı itətök dərəcədə artmışdır. 
Bizə gəlincə, eyni proses "ana-bacı" səviyyəsində olsa da bizdə də gedir. Sadəcə, biz həm Qərbdəki "rifah dövləti"nə can atırıq, həm Şərqin ailə dəyərlərindən bərk-bərk yapışmışıq. Bizim qoca istəyir ki, həm dövlət ona baxsın, həm də nəvəsi. Bizim qadın istəyir ki, həm dövlətdən yardım alsın, həm sabiq ərindən aliment. Acgözlüyümüz ucbatından heç birinə nail ola bilmirik. 
Mifdə bu problem belə həll olunurdu: çayın qabağına uzanıb bürokratik problem yaradan o əjdahaya hər ailədən gündə bir qız göndərilirdi ki, xalq susuz qalmasın. Yəni mif deyir ki, qurbansız gözəllik olmur, "rifah dövləti"ndə yaşamaq istəyirsinizsə, ailənizdən qurban verməlisiniz, ailə dəyərlərinizə sadiq qalmaq istəyirsinizsə, nat sizə "rifah dövləti!"
"Eurostat" (Avropa Statistika Komitəsi) 2016-cı ildə apardığı araşdırmaya görə, Fransada doğulan uşaqların 60%-ə yaxını nikahdankənar münsibətlərin övladlarıdır. Bolqarıstan, Slovakiya, İsveç, Danimarka, Portuqaliya, Hollandiya kimi digər Avropa ölkələri də cüzi fərqlə bu cür təsadüfi münasibətlərdə doğulanlara görə Fransaya uyğun boy sırası ilə düzülüblər. 
Eləcə də, Yaponiya, Çin kimi ailə ənənələrinin "mamırlaşdığı" klassik Şərq ölkələri də Qərb kapitalist münasibətlərinə "könül verdikcə" xoşbəxtliyi ailə mühitinin çölündə axtarmağa başlayıblar. Bioloji, sosial gerçəklikdən tarixi gerçəkliyə çevrilən ailə institutu, demək ki, bütün dünya üzərində öz nüfuzunu itirməkdədir. Və biz bu qlobal prosesə nənəm kimi göz yaşı tökənlərin yanında deyilik. Demək ki, insanlıq qəbilədən ailəyə keçid edərkən buraxdığı səhvi düzəldir, xüsusi rifahdan, ümumi rifaha qayıdır. "Rifah dövləti"nə akademik olmayan mühitlərdə "modern qəbilə" də deyə bilərik. "Hamının hamıya məxsus olduğu" bir həyat tərzi. 
Ailənin dağılması ilə bərabər gələcəkdə, yəqin ki, ailə anlayışının üzərinə inşa edilmiş din və dövlət, o cümlədən müharibə kimi tarixi təsərrüfat mexanizmləri də əhəmiyyətini itirəcək. Nostradamusluq kimi çıxmasın, din öz yerini, məsələn, sosial fəlsəfi mükəlləfiyyətlərə verəcək, dövlət isə, çox güman, daha mobil iqtisadi qruplara parçalanacaq. 
Bizi cənnətdəki "ilanın uşaqları" adlandıran, gələcəyin kitabını yazan yeni "yəhudi peyğəmbəri" Yuval Harari də heç bir şey baş verməsə belə, yaxın gələcəkdə insanların orta ömür yaşları 100-ü keçdikdə bu günki ailə dəyərlərindən əsər-əlamətin qalmayacağını proqnozlaşdırır. Ailəni zamanın müdaxiləsindən qorumaq istəyənlər gələcəyə hazır olmayanlarlardır. 
Ailənin dağılmasına başlanğıc kimi hər nə qədər Sənaye inqilabından sonra ənənəvi geniş ailələrin yerini mobil nüvə ailələrinin tutması göstərilsə də, dağılma prosesinin kökləri daha dərində, iqtisadi-siyasi münasibətdə deyil, sənətdə, xüsusilə romanın kütləvi auditoriya qazanması ilə başlayır. Modern dünyanın ilk məşhur romanının qəhrəmanı Don Kixot tarix səhnəsinə təkbaşına çıxır. Servantes çirkin kəndli qızını onun gözünə dünyalar gözəli Dulsineya kimi göstərməklə kişi-qadın arasındakı sevgi anlayışını aşağılayır. Dulsineya kişinin başını xarab edən "gizli mələk" kimi həmişə qaranlıqdadır. Və bu başlanğıc bu günə kimi bütün roman sənətinə yön verməkdə davam edir. Şekspirdən Floberə, Tolstoydan Bulqakova ötürülən miras budur: külfət duracaq yer deyil, ey can, səfər eylə. İlk Azərbaycan romanı olan "Əli və Nino"da da ənənəvi ailə modeli deyil, xrsitian gürcü qızı və müsəlman bakılı oğlanın münasibətlərini faciə ilə bitir. 
Osmanlı ədəbiyyatında ilk roman hesab olunan "Taaşşuk-ı Talat ve Fitnat"ı da mühafizkar türk aydınları Osmanlı ailə ənənələrinə "qurulmuş tuzak" hesab edərək, romanı türk ailə modelinin ilk düşməni kimi görürlər.    
Seçim belədir; ya klassik burjua həyat modeli olan ailə, ya modern həyat tərzi olan "Rifah dövləti". İkisi bir yerdə heç bir ölkədə mümkün olmayıb.  /oxu.az

Sosial       Tarix: 17 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda nə qədər ƏDV ödəyicisi var?

İyulun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2 faiz artaraq 887 min 129, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,1 faiz artaraq 61 min 368 təşkil edib. Dövlət Vergi Xidmətindən –a bildirilib ki, həmi

Faciəvi şəkildə həlak olan DSX əsgərinin - Fotosu

Xəbər verdiyimiz kimi, Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərovun olduğu avtomobil sürüşərək çaya düşüb və o boğularaq həlak olub. "Qafqazinfo"y

"Kraudfandinq haqqında" qanun nədir? - AÇIQLAMA

Milli Məclisin bu gün keçirilən iclasında "Kraudfandinq haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi 7 fəsil, 23 maddədən ibarətdir, Azərbaycan Respublikasında səhm və borc əsaslı kraudfandinqi

Pediatr xəbərdarlıq etdi - Bu xalq deyimi yalandır

Ötən gün Daşkəsəndə 1 yaş 6 aylıq qız uşağı qızdırmadan vəfat edib. Bundan əvvəl, iyul ayında Şəmkirdə 1 yaşlı körpə yüksək hərarətdən keçinmişdi. Oxşar hal 2026-nın başlanğıcından bir neçə də təkrarlanıb. Halbuki xalq arasınd

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətləraras

Bakıda işləyən bu şəxslərin maaşı ARTIRILDI

Bakıda çalışanların orta aylıq əməkhaqqı açıqlanıb. xəbər verir ki, 2026-cı ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artıb. Bununla da, paytaxtd

Meteohəssas insanların nəzərinə

İyulun 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Məhərrəm ayı nə vaxt başa çatır?

Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayıb və hicri-qəməri təqviminə uyğun olaraq iyulun 14-də başa çatacaq. xəbər verir ki, Məhərrəm İslam təqviminin ilk ayı olmaqla yanaşı, müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyə

Dolların güclənməsi manata necə təsir edəcək? - Milli valyuta ilə bağlı mühüm məqamlar

2026-cı ilin ilk yarısında ABŞ dollarının qlobal bazarlarda təxminən 3 faiz möhkəmlənməsi valyuta bazarlarında yeni müzakirələrə səbəb olub. Bu tendensiyanın ilin sonuna qədər Azərbaycan manatının məzənnəsinə təsir edib-etməyəcəy


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeberler bu gun azerbaycan son xeber bugun xabar az cəbhədən ən son xəbərlər