Bu əraziyə dəhşətli silah yerləşdirildi – Qonşu ölkəyə hücum gözlənilir
ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb ki, Vaşinqton İsrail və İran arasında münaqişənin şiddətlənəcəyi təqdirdə müdaxiləyə hazır olmaq üçün Yaxın Şərqə beşinci nəsil "F-22" Raptor qırıcıları yerləşdirib.
KONKRET.az xəbər verir ki,mövzunu globalinfo.az-a şərh edən politoloq Turab Rzayev "F-22" Raptor qırıcılarının Yaxın Şərqə yerləşdirilməsinin gözlənilən odluğunu bildirib:
"ABŞ İsraili eskalasiyaya getməməyə, İrana açıq hücum etməməyə, həmçinin Qəzzadakı müharibəni dayandırmağa çağırır. Amma digər tərəfdən İsrailin təhlükəsizliyi ilə bağlı ABŞ-ın götürdüyü öhdəliklər var. Kritik məqamda fikir ayrılıqlarına, İsrail baş naziri Binyamin Netanyahu ilə bağlı narazılıqlara baxmayaraq rəsmi Vaşinqton İsraili qoruyacaq. Bunun səbəbləri isə müxtəlifdir.
ABŞ-ın geostrateji maraqları, Yaxın Şərqdə İsrailin Vaşinqtonu 100 faiz əmin olduğu yeganə bazası kimi görməsi, yəhudi lobbisinin ABŞ-da təsirləri, iki ölkə arasındakı mövcud əlaqələr və s. buna nümunədir".
Politoloqun sözlərinə görə, bir müddət əvvəl də İran İsrailə qarşı dron və raket hücumları həyata keçirməyə cəhd edəndə ABŞ rəsmi Tehrana xəbərdarlıq etmişdi:
"İordaniyadan qalxan ABŞ qırıcıları və Kiprdən qalxan Britaniya qırıcıları İranın hücumunun qarşısını alaraq silahların 90 faizini məhv etmişdi.
Çox az hissəsi də "Dəmir qübbə" sisteminə gəlib çatmışdı. İndi də eyni ssenarinin təkrarlanmasının şahidi ola bilərik. ABŞ İsrailə qarşı təhdidləri aradan qaldırmağa çağıracaq. Bununla bağlı İraq, Səudiyyə Ərəbistanı sərhədində müəyyən dislokasiyalar olunur".
Turab Rzayev "F-22" qırıcılarının xüsusiyyətləri ilə bağlı da məlumat verib:
"Bu qırıcılar ABŞ aviasiya sənayesinin ən mükəmməl qırıcı təyyarələri, hava aparatları sayılır. "F-22" öz çevikliyi və manevr qabiliyyətinə, sürətinə görə "F-16", F-35-dən daha təkmil silahlardır".
Xidmetler [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar