Bu gün kanalda boğulub ölən Poladın 10 gün əvvəl bir yaşı olub... - Fotolar
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Biləsuvarda ana azyaşlı körpəsini və özünü kanala atıb. Nəticədə körpə həyatını itirib.
Azxeber.com xəbər verir ki, "Qafqazinfo" məsələ ilə bağlı bəzi təfərrüatı öyrənib.
Belə ki, hadisə bu gün səhər 07:00 radələrində baş verib.
Uşağın anası, 1991-ci il təvəllüdlü Gülər İmanzadə Nəsimikənd kəndindəndir. O, İsmətli kəndinin sakini, 1994-cü il təvəllüdlü Nəzərli Hökuməli Əli oğlu ilə ailə həyatı qurub.
Kanalda boğularaq ölən Polad onların nikahından olan tək övladdır. Avqustun 3-də bir yaşı tamam olub.
Gülərin qayınatasının sözlərinə görə, atasıgildə qonaq olan gəlini dünən evə gəlib.
Xatırladaq ki, Gülər İmanzadə ailədə davamlı zorakılıq görüb. Dünən gecə də evdə döyülən gəlin yaxınlıqda su tapmadığından kəndin girişində, qəbiristanlığın yanından axan kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb. Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə boğulub.
Qeyd edək ki, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Ana şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.



Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR