Bu gündən SOCAR-ın yeni istiqrazlarına abunə yazılışı başlayır
Bu gündən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni istiqrazlarına abunə yazılışı başlayır.
Azxeber.com xəbər verir ki, proses oktyabrın 29-na qədər davam edəcək.
Qiymətli kağızları həm ölkə vətəndaşları, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər ala bilər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcək (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər).
SOCAR istiqrazlarını 1 və 5 saylı "ASAN xidmət" mərkəzlərində yaradılmış köşkləndən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkündür. Proses "Plato Capital and Co. İnvestisiya Şirkəti" ASC istisna olmaqla bütün investisiya şirkətlərini əhatə edəcək.
Bu, SOCAR-ın ölkə daxilində 2-ci istiqraz emissiyasıdır. Belə ki, şirkət ilk dəfə 2016-cı ildə dövriyyəyə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqraz (100 milyon dollarlıq) buraxıb. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də yerləşdirilib. 5 il müddətinə buraxılmış və gələn ay tədavül müddəti başa çatan istiqrazların illik gəlirliliyi 5%-dir. Faizlər rüblük ödənilir.
Bu dəfəki istiqraz emissiyası da eyni şərtlərlə həyata keçiriləcək. Sadəcə istiqrazların illik gəlirliliyi 0,5 faiz bəndi az - 4,5 % təşkil edəcək.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar