Bu icra başçıları da işdən çıxarılacaq - Sırada onlardır

Bu icra başçıları da işdən çıxarılacaq - Sırada onlardırSon bir ayda ölkədə bir neçə rayonun icra başçıları dəyişdirilib. Belə ki, Suraxanı (Əziz Əzizov Beyləqana göndərilib-red), Oğuz, Qusar və Daşkəsənə yeni icra başçıları təyin olunub. Avqustun 7-də Ağdaşın icra başçısı da vəzifəsini itirib. O, 2012-ci ildən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu.  
Yada salaq ki, bundan əvvəl də yaşı ötmüş bir neçə icra başçısı vəzifəsindən kənarlaşdırılmış, onları əsasən gənc kadrlar əvəz etmişdi. 
"Yeni Sabah"ın iddiasına görə, bu ayın sonuna kimi, ən azı 6 icra başçısı da işini itirəcək. Mənbə deyib ki, bu şəxslərlə bağlı qərar artıq verilib. Onların işdən azad edilməsi ilə bağlı sərəncam qısa ara ilə sentyabr ayının sonuna kimi elan olunacaq. 
O da faktdır ki, bəzi icra başçıları on il və daha artıq müddətdir eyni bölgədə icra hakimiyyətinin başçısı postunu tutur. 
2014-cü ildən Müstəqim Məmmədov Tərtərin, 2013-cü ildən Vasif İmanov Bakının Pirallahı rayonunun icra başçısıdır.
2012-ci ildən Arif Ağayev Astaraya, Xəzər Aslanov Xızıya, Taleh Qaraşov Lənkərana, Adil Vəliyev Bakının Sabunçu rayonuna, 2011-ci ildən İslam Rzayev Balakənə, Vidadi İsayev Bərdəyə, Alı Alıyev Füzuliyə, Adil Məmmədov Qobustana, Elxan Usubov Şəkiyə, Ramiz Həsənov Zəngilana, 2010-cu ildən Süleyman Mikayılov Bakının Qaradağ rayonuna, Musa Şəkiliyev Qaxa, Səbuhi Abdullayev Qəbələyə rəhbərlik edir.
2009-cu ildən Mübariz Əhmədzadə Zaqatalanın, 2001-ci ildən Malik İsaqov Qubadlının, 2000-ci ildən Şahmar Usubov Xocalının icra başçısı vəzifəsindədir. Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə təyinat alıb.
Qeyd edək ki, hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. İddialara görə, icra hakimiyyətlərinin parlament seçkilərindən sonra keçiriləcək referendumla ləğv ediləcəyi gözlənilir.  / azxeber.com

Siyasi       Tarix: 09 avqust 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar metbuat son xabar son xeberler azerbaycan