Bu qidalar baş, boyun və ağız xərçənginə səbəb olur
Çox miqdarda metionin amin turşusu ehtiva edən qidaların zərərli olduğu üzə çıxıb.
Bu qidaların çətin müalicə olunan baş və boyun xərçənginə səbəb olduğu bildirilir.
KONKRET.azxəbər verir ki,Cənubi Kaliforniya Universitetinin alimləri amin turşusu metioninlə zəngin olan qidaların, həmçinin ağız və tənəffüs orqanları xərçənginin inkişafına səbəb ola biləcəyini sübuta yetiriblər.
Tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.
Bildirilir ki, aerodiqestiv skuamöz hüceyrəli karsinoma hər il yarım milyondan çox insana təsir edən baş, boyun və tənəffüs yollarının ümumi, aqressiv bədxassəli şişidir. Bu xərçəng növü çox yayılmasına baxmayaraq, onun effektiv müalicə variantları azdır.
Alimlər aşkar ediblər ki, metionin digər xərçəng növləri ilə müqayisədə ağız xərçəngində yüksək konsentrasiyalarda mövcuddur.
Metionin insanların krevetka, yumurta və mal əti də daxil olmaqla, bır sıra qidalardan aldığı amin turşusudur.
Tədqiqat zamanı metionini hüceyrələrə daşıyan membran zülalı olan LAT1 daşıyıcısı bloklanıb və bu, şiş böyüməsinin yavaşlamasına səbəb olub.
Heyvanlarla aparılan təcrübələr göstərib ki, metioninin az olduğu pəhriz adi pəhrizlə müqayisədə şişlərin böyüməsini yarıya qədər azaldır.
Bu pəhriz effektiv ola bilər, çünki xərçəng hüceyrələri metionindən daha çox asılıdır, normal hüceyrələr isə onun çatışmazlığına daha az həssasdırlar.
Gələcək klinik sınaqlarda ağız xərçəngi olan xəstələr üçün aşağı metioninli pəhrizdən istifadənin effektivliyini araşdırılacaq.//Medicina.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var