Bu restoranlar cərimələndi - TAM SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 383 ictimai iaşə obyektində 666 monitorinq keçirib.
AQTA-dan Azxeber.com-a verilən məlumata görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 14 ünvanında yerləşən, hüquqi şəxs "Beat Restaurants" MMC-yə məxsus "Pakhlava" çay evi;
Bakı şəhəri, Sabunçu rayonu, Fətəliyev küçəsi 56e ünvanında yerləşən, fiziki şəxs Şirinov Nicat Mahmud oğluna məxsus çay evi;
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 65C ünvanında yerləşən, hüquqi şəxs "Başarı" MMC-yə məxsus "Antep Lahmacun" restoranı;
Bakı şəhəri, Yasamal rayonu, Müşfiq heykəli parkında yerləşən, fiziki şəxs Mikayılzadə Ramiz Mikayıl oğluna məxsus restoran;
Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Salman Ağahəsən oğluna məxsus "Beer Daha" pub;
Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Tərlan Əlirza oğluna məxsus "Cirə" restoranı;
Bakı şəhəri, Nərimanov rayonu, Xoyski pr. 830-835-ci məhəllə ünvanında yerləşən, hüquqi şəxs "Fryday" MMC-yə məxsus kafe;
Tərtər rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Bayramov Seymur İlham oğluna məxsus "Yadigar" kafesi;
Ağdaş rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Abdullayev Elşən Raqif oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR