"Bu stansiyaların istifadəyə verilməsiylə ölkənin enerjiylə təminatına yeni töhfə verilir, güc qatılır"

"Bu stansiyaların istifadəyə verilməsiylə ölkənin enerjiylə təminatına yeni töhfə verilir, güc qatılır""2018-ci ilin yayında baş verən qəzadan sonra "Azərbaycan" İstilik Elektrik stansiyasında yenidənqurma işlərinin başlanması və 2 il ərzində belə bir modern, yüksək səviyyəli bir vəziyyətə gətirilməsi yüksək alqışa layiqdir".
Bunu Milli.Az-a iqtisadçı-ekspert Pərviz Heydərov Prezident İlham Əliyevin "Azərbaycan" İstilik Elektrik Stansiyasındakı yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olarkən söylədiyi nitqi şərh edərkən deyib.
"Bu stansiyaların istifadəyə verilməsiylə ölkənin enerjiylə təminatına yeni töhfə verilir, güc qatılır"O bildirib ki, "Azərbaycan" İstilik Elektrik stansiyasında son 2 il ərzində həyata keçirilən yenidənqurma işləri olduqca əhəmiyyətlidir və yüksək qiymətləndirilməlidir:
"Hər şeydən öncə ona görə ki, söhbət ölkənin elektrik enerjisiylə təminatında 40 faiz həcmdə cavabdehlik daşıyan bir stansiyadan gedir. Məlum olduğu kimi 2 il bundan öncə yəni, 2018-ci ilin yayında məhz bu stansiyada baş verən qəza nəticəsində Bakı şəhəri kimi böyük bir yaşayış yeri iflic vəziyyətə düşdü və təsəvvür edin ki, bu hələ yay mövsümündə baş verdi. Əgər həmin faciə qış aylarında baş versəydi bunun hansı ağır nəticələri ola bilərdi bunu təsəvvür etmək çətin deyil. Ona görə də bu stansiyada həmin hadisədən sonra yenidənqurma işlərinin başlanması və 2 il ərzində belə bir modern, yüksək səviyyəli bir vəziyyətə gətirilməsi olduqca yüksək alqışa layiqdir. Bu bir daha Azərbaycan dövlətinin ölkənin enerji təhlükəsizliyi sahəsində gördüyü işlərə və bu sahəyə necə böyük xüsusi diqqət yetirdiyinə daha bir nümunədir.
"Bu stansiyaların istifadəyə verilməsiylə ölkənin enerjiylə təminatına yeni töhfə verilir, güc qatılır"Dünənki açılışla bağlı verilən məlumatlara əsasən sözügedən stansiya hələ sovet dövründən fəaliyyət göstərir. Cənab Prezidentin də qeyd etdiyi kimi müstəqilliyimizin ilk illərində yəni, 90-cı illərin əvvəllərində bu stansiya ölkəmizin elektrik enerjisi ilə təchizatında yeri gələndə alternativsiz bir rol oynayır. Bu faktın özü ölkənin enerji təhlükəsizliyi baxımından olduqca mənfi bir hal kimi qiymətləndirilirdi və ümumiyyətlə, bu və ya digər ölkənin enerjiylə təminatında yalnız bir mənbəyə əsaslanmaq, bir mənbədən asılı olmaq ölkənin həm iqtisadiyyatı üçün, həm də gündəlik normal həyatı üçün çox böyük təhdid sayılır, yəni, təhlükə hesab olunur. Ona görə də ölkəmiz neftdən əldə etdiyi gəlirləri ilk olaraq yönəltdiyi sahələrdən biri kimi ölkənin elektrik enerjisi təsərrüfatının yenidən qurulmasına istiqamətləndirdi və bunun nəticəsi olaraq da son 16 il ərzində, dünənki açılışda da qeyd olunduğu kimi, Azərbaycanda sayca 30-cu elektrik stansiyası tikilib istifadəyə verildi.
"Bu stansiyaların istifadəyə verilməsiylə ölkənin enerjiylə təminatına yeni töhfə verilir, güc qatılır"Təkcə bu il və eləcə də, keçən il ərzində cənab Prezidentin iştirakı ilə ölkədə bir neçə yeni elektrik stansiyasının tikilib istifadəyə verilməsinin əyani şahidi olmuşuq. Bunlar o deməkdir ki, bu stansiyaların yaradılmasıyla, tikilib istifadəyə verilməsiylə ölkənin enerjiylə təminatına yeni töhfə verilir, güc qatılır və ölkəmizin enerji təhlükəsizliyinin möhkəmlənməsi istiqamətində addımlar atılır. Bu fonda Azərbaycan istilik elektrik stansiyasının da belə bir müasir vəziyyətə gətirilməsi, möhkəm enerji təhlükəsizliyi üçün əlavə bir töhfədir və 2018-ci ilin yayındakı o fövqəladə hallardan bizim bacardıqca xeyli uzaqlaşdığımız anlamını daşımaqdadır.
Bu gün də "Azərbaycan" İstilik Elektrik stansiyası ölkənin enerjiylə təminatında əhəmiyyətli rol oynamaqda davam edir. Yəni, əvvəlki əhəmiyyətini qoruyub saxlayır. Amma təxminən 40 faiz həcmində. Mən bir iqtisadçı kimi hesab edirəm ki, əgər biz gələcəkdə Azərbaycanın elektrik enerjisiylə təminatında, ümumiyyətlə, enerji təhlükəsizliyinin daha da möhkəmlənməsindən danışırıqsa və dövlətimiz də bu sahəyə xüsusi diqqət yetirirsə, bu "Azərbaycan" istilik elektrik stansiyasının ölkənin enerjiylə təminatında 40 faiz rol oynamasını da getdikcə azaltmalıyıq və bacardıqca bu elektrik stansiyasının ölkənin enerji təhlükəsizliyi təminatında rolu heç olmasa 20-25 faizə qədər aşağı salınmalıdır. Bu Azərbaycanın elektrik enerjisi ilə fasiləsiz təminatında təhlükəsizliyin maksimal səviyyədə əldə olunması demək olacaq".
O bildirib ki, hazırda Azərbaycan üç ölkəyə elektrik enerjisini ixrac etməkdədir və bu da valyuta deməkdir: "Halbuki, əvvəllər biz elektrik enerjisini kənardan alırdıq. Hesab edirəm ki, elektrik enerjisi istehsalı sahəsinə, ümumiyyətlə, enerji təhlükəsizliyimizin daha da möhkəm təmin olunması istiqamətində görülən işlər nəticəsində "Azərbaycan" elektrik enerjisi ixracçısı kimi ətraf ölkələr sırasında öz mövqeyini daha da möhkəmləndirəcək, daha çox tanınacaq. Beləliklə, həm də ölkə iqtisadiyyatının getdikcə inkişafı, əhali sayının çoxalması tempi ilə bağlı enerjiyə tələbatımızı da yüksək səviyyədə təmin ediləcəkdir".
Bəxtiyar Umarlı
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 27 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bugun 2026 krminal bu gun son xəbərlər bugün 2026 krimnal xeber