Bu, təkcə Türkiyənin deyil, bütün bölgənin təhlükəsizliyi baxımından çox mühüm bir uğurdur

Bu, təkcə Türkiyənin deyil, bütün bölgənin təhlükəsizliyi baxımından çox mühüm bir uğurdur"Uzun illər boyunca Türkiyə PKK terror təşkilatının törətdiyi vəhşiliklərdən əziyyət çəkib. Bu müddət ərzində minlərlə türk əsgəri şəhid olub, yüzlərlə ailə faciə ilə üzləşib. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərimizə şəfa diləyirik".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 
Deputat bildirib ki, xüsusilə son on ildə Türkiyə terrora qarşı mübarizədə yeni yanaşmalar tətbiq edib:
"Sərhədlərdən kənarda həyata keçirilən strateji əməliyyatlar nəticəsində PKK-nın fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət, terrora qarşı sərt və ardıcıl mübarizə təkcə Türkiyə daxilində deyil, regionda da sabitliyin təmin olunmasına xidmət edib. Bu siyasət Milliyyətçi Hərəkat Partiyası başda olmaqla, bir çox siyasi qurum tərəfindən dəstəklənib. Sevindirici haldır ki, artıq PKK terror təşkilatı öz fəaliyyətini dayandırdığını bəyan edib. Bu, təkcə Türkiyənin deyil, bütün bölgənin təhlükəsizliyi və sabitliyi baxımından çox mühüm bir uğurdur. Ümid edirik ki, bundan sonra bu və ya digər formada terrora əl atan bütün qurumlar silahı bir kənara qoyub, problemlərin həllini siyasi dialoq müstəvisində axtarmağa üstünlük verəcəklər".
Deputat əlavə edib ki, bu, uğur, eyni zamanda Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır:
"Çünki biz də uzun illər erməni separatizmi və terrorizmi ilə mübarizə aparmışıq. Şükürlər olsun ki, bu mübarizənin nəticəsi olaraq Azərbaycan bu gün tam suveren ərazilərinə sahibdir və regionda davamlı sülhün bərqərar olunması üçün sülh sazişi istiqamətində Ermənistanla danışıqlar aparır. Bu, həm də sübut edir ki, Türk dövlətləri, xüsusilə Azərbaycan və Türkiyə gücləndikcə regionda söz sahibi olurlar. Biz əminik ki, bu birlik və güc sayəsində Türk dünyası gələcəkdə daha sabit, daha güclü və daha ədalətli bir bölgə yaradacaqdır".

Siyasi       Tarix: 14 may 2025
f Paylaş

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər xabarlar bu gune olan xeberler