"Bu təsdiqlənsə, III Dünya müharibəsi olacaq"
"Kiyevin Avropada təxribat planları təsdiqlənsə, müharibə olacaq".
KONKRET.az Qlobalinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Kiyevin Rumıniya və Polşada yalançı bayraq əməliyyatı həyata keçirmək planları ilə bağlı Macarıstan mətbuatının xəbərləri təsdiqlənsə, bu, III Dünya Müharibəsinə səbəb olacaq.
Diplomat əlavə edib ki, bir sıra Macarıstan KİV-lərində Volodimir Zelenskinin Rusiyanı günahlandırmaq məqsədilə Rumıniya və Polşada təxribat törətmək planları ilə bağlı xəbərlər yayılıb:
"Beləliklə, Rusiya ilə NATO arasında müharibəyə səbəb yaratmaq məqsədi ilə insident hazırlanır. Əgər bütün bunlar təsdiqlənsə, o zaman Avropa III Dünya müharibəsinin başlamasına bir addım da yaxınlaşacaq".
Zaxarova qeyd edib ki, mövcud məlumatlara əsasən, Kiyev rejiminin planı bir neçə bənddən ibarətdir. Buna vurulan və ya ələ keçirilən bir neçə Rusiya PUA-sının təmiri, döyüş zərbəsi elementləri ilə bəzədilməsi, Ukrayna mütəxəssislərinin idarə etdiyi və Rusiyanınkı kimi təqdim olunan PUA-ların Polşa və Rumıniyadakı əsas nəqliyyat mərkəzlərinə göndərilməsi, eyni zamanda Avropada dezinformasiya kampaniyası aparmaq, Rusiya ilə NATO arasında qarşıdurma yaratmaq planları daxildir.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib