"Bunu eşidən Köçəryan ayaqyoluna qaçdı" - Məmmədyarov sirləri açır

Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları bəlli səviyyəyə qədər inkişaf edib. Sadəcə, erməni tərəfi həmişə olduğu kimi, yenə də tərəddüd edir. Nəyəsə ümid edib, prosesi uzadırlar. Keçmiş münaqişə dövründə də onlar proseslər yekun həddə yaxınlaşan kimi müxtəlif bəhanələr uydururdular, ya da qaçırdılar.
KONKRET.azxəbər verir ki, bunu teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Vaxtilə Azərbaycan münaqişənin həlli ilə bağlı ən konseptual təkliflərlə çıxış edirdi. Hətta ən yüksək səviyyədə muxtariyyət məsələsi gündəmdə idi. Sadəcə, onlar "müstəqillik" eşqinə düşmüşdülər", – deyə sabiq nazir söyləyib.
O əlavə edib ki, hətta ATƏT-in Minsk Qrupu da Qarabağda hansısa "seçkilərin" keçirilməsinə normal yanaşmırdı: "Deyirdilər ki, Qarabağ ətrafında 7 rayonu geri qaytararaq, "seçki və status" məsələsinə sonra qayıdarıq. Erməni tərəfi buna da getmədi. 2007-ci ildə Fransada Rambuedə Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar kritik bir həddə çatmışdı. O vaxt Ermənistan prezidenti Robert Köçəryan idi. Məhz bu görüşdə ilk dəfə həmsədlər "Madrid prinsiplərini" təqdim etdilər".
Elmar Məmmədyarova görə, o vaxta qədər sülhə ümid var idi ki, 7 rayonu geri qaytarıb, sonrakı məsələləri ardıcıl həll etmək mümkündür: "Minsk Qrupunun həmsədrləri Köçəryana ciddi təzyiq edirdilər. Ona açıq şəkildə deyirdlər ki, sən bunu qəbul etməlisən. Amma Köçəryan o görüşdən ayaqyolu adı ilə qaçdı. Çıxdı getdi. Ondan sonra bəlli oldu ki, ermənilər heç nəyə getməyəcəklər. Sözsüz ki, bu zaman elə onların özlərinin əleyhinə işlədi. Azərbaycan Ordusu möhkəmləndi və əraziləri işğaldan azad etdi. Əslində, 2007-ci ildəki danışıqlar göstərdi ki, güc tətbiq edilməsə, Ermənistan heç nəyə getməyəcək".

Siyasi       Tarix: 03 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az cəbhədən son görüntülər sosial yardim son xeberler 2026