Canımdan can olan vətən oğlu, igid qardaşımı itirdim' - Vüsalə
"İllərdir havasına, suyuna həsrət qaldığımız Qarabağ ürəyimizdə elə bir dastana çevrildi ki, sevgimiz, qürurumuz, qeyrətimiz, gücümüz və sözümüz bir oldu. 27 Sentyabr - Dəmir yumruq kimi birləşdiyimiz gün... Azərbaycanın yenidən dirçəliş, oyanış, çəkdiyi acılara haykırış günü… Qazandıq, amma təəssüf ki, itirmədən qazanmaq olmur. Bütün Azərbaycan yaralılarla yaralandı, şəhidlərlə şəhid oldu, qalibiyyətini dünyaya car çəkdi. Sayəndə, Azərbaycan əsgəri. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin.
Azxeber.com xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə yazıb.
Anım günü ilə bağlı paylaşım edən aparıcı dünyasını dəyişən qardaşı Əlihüseyn Əlizadə haqda da yazıb:
"Bir il ərzində mən də bu Vətənin övladı kimi bacardığım qədər şəhid analarının, xanımlarının, balalarının yanında oldum, bir ömürlük borcumuzun bir zərrəsini verməyə çalışdım… Canımdan can olan vətən oğlu, igid qardaşımı itirdim. Mənim də bu acı günlərimdə yanımda olan, dəstək olan o analar, bacılar bir daha sübut etdi ki, qeyrət, qürur cinsiyyətdə deyil, bizim qanımızdadır! Dərd ortağınızam, dərdinizə qurban olum, təsəllim sizsiniz. Dastana çevrilən şəhidlərimiz qarşısında baş əyirəm".
Vüsalə Əlizadənin Dövlət Sərhəd Xidmətinin zabiti olan qardaşı Əlihüseyn Əlizadə ötən ay yol qəzasında dünyasını dəyişib.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?