Cari ilin 9 ayı ərzində yol qəzalarında 131 nəfər ölüb, 263 nəfər yaralanıb - RƏSMİ

Cari ilin 9 ayı ərzində yol qəzalarında 131 nəfər ölüb, 263 nəfər yaralanıb - RƏSMİCari ilin 9 ayı ərzində yol qəzalarında 131 nəfər ölüb, 263 nəfər yaralanıb - RƏSMİ
Cari ilin 9 ayı ərzində Bakı şəhəri üzrə 331 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 131 nəfər ölüb, 263 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, ümumilikdə isə Bakı şəhəri üzrə avtomobil qəzalarının sayı 20 faizə qədər azalıb:
"Aparılan profilaktik tədbirlər öz nəticəsini verir. Ötən illə müqayisədə qeydə alınan qəzaların sayı azalıb. Bu da öz növbəsində yol-nəqliyyat hadisəsində həyatını itirən şəxslərin də sayının azalmasına gətirib çıxarıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün göstəricilər üzrə yol-nəqliyyat hadisələrində azalma müşahidə olunur".
V.Əsədov hərəkət iştirakçıları üçün keçirilən maarifləndirici tədbirlərin nəticəsi olaraq, avtomobil yollarında qeydə alınan qanun pozuntularının da sayının azaldığını bildirib:
"Küçə və yollarda təhlükəsiz davranış qaydalarının aşılanması üçün müvafiq tədbirlərin həyata keçirilməsi davam etdiriləcək. Ötən il avtoxuliqanlıq edən sürücülərin sayı 121 idisə, bu il bu istiqamətdə qeydə alınan qayda pozuntularının sayı 98 olub. Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən hərəkət iştirakçılarına tərtib edilən protokolların sayı ötən il 38 min olubsa, bu il 3746 protokol yazılıb və həmin piyadalar məsuliyyətə cəlb ediliblər.
Ötən il nömrəsiz nəqliyyat vasitələrinin idarəsi ilə bağlı 481 fakt qeydə alınıb, bu il  isə 430 belə fakt aşkar edilib. Sərnişindaşıma qaydalarının tələblərinin pozulması ilə bağlı ötən il 4163 protokol yazılıb, bu il isə 2535 protokol tərtib edilib.
Eyni zamanda avtomobil yollarında polisin qanuni tələblərinə əməl etməyən sürücülərlə bağlı ötən il 1326 protokol yazılıbsa, bu il 1256 protokol tərtib edilib".
"Ümumilikdə, Bakı şəhəri üzrə Yol-Patrul Xidməti avtomobillərinə quraşdırılmış "İ-patrul" sistemi ilə təhlükəsizliyin təmin edilməsi üçün inzibati tənbeh tədbirlərinin keçirilməsi üzrə 70 mindən çox qərar qəbul edilib", - deyə V.Əsədov qeyd edib.
Könül Cəfərli 

Sosial       Tarix: 19 oktyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam az xeberler xeberler azerbaycan xeberler cəbhədən xəbər