Cəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTO

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
Dövlətimizin başçısı burada Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimov və "KamAZ" ASC-nin baş direktorunun müavini Rüstəm Şamsutdinovla görüşüb.
Albert Kərimov Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev Rüstəm Minnixanovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Tatarıstan Prezidentinə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı Rüstəm Minnixanovla keçirdiyi görüşləri xatırladıb.
Tatarıstan Respublikasının Baş nazirinin müavini Füzuli Beynəlxalq Hava Limanına endiklərini bildirib və bu hava limanının yüksək səviyyədə yaradıldığını qeyd edib.
Bildirilib ki, son illərdə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətləri bütün digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir. Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstan Respublikası ilə səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan "KamAZ"ın Cəbrayılda "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatı texnikasına, eləcə də digər texnikalara və texniki xidmətlərə tələbatı artırıb. Bu baxımdan Qarabağ bölgəsində yük avtomobilləri və kənd təsərrüfatı texnikaları üçün "KamAZ" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, layihə bu ilin iyul ayında Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar missiyası çərçivəsində "Gəncə avtomobil zavodu" İstehsalat Birliyi ilə "KamAZ" ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq "KamAZ" avtomobil zavodu ilə birlikdə həyata keçiriləcək.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yaradılacaq regional servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə "KamAZ" ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
"KamAZ" ASC-nin "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə birgə layihəsinə 2014-cü ildə start verilib. "KamAZ"ın ilk partiyası 2015-ci ildə buraxılıb. Hazırda orada 8 model "KamAZ" buraxılır və indiyədək 1000-dən çox maşın istehsal olunub. Əməkdaşlığın inkişafı ilə bağlı perspektiv planlar da var. Belə ki, Rusiya bankının maliyyəsinin cəlb edilməsi ilə gələcəkdə lizinq şirkətinin, ehtiyat hissələri üzrə regional anbarların yaradılması, mövcud xidmət mərkəzlərinin müasirləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, Cəlilabad, İsmayıllı və İmişlidəki servis mərkəzləri modernləşdiriləcək. Diqqətə çatdırılıb ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə yükdaşımalarının həcmi artacaq.
Cəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTOCəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTOCəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTOCəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTOCəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTOCəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTOCəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTOCəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTOCəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTOCəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTOCəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTOCəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - FOTO

Sosial       Tarix: 05 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes apa.az xeberler son.xabar son xeberler azerbaycan