Cəlilabadda üç kiloqramlıq turp yetişdi - VİDEO
Cəlilabadda üç kiloqramlıq turp yetişdi - VİDEO
Cəlilabad rayonunda fərdi təsərrüfatda digər turplardan dəfələrlə böyük turp yetişib.
Baku TV xəbər verir ki, maraqlı hadisə rayonun Uzuntəpə kənd sakini Natiq Mirzəyevin təsərrüfatında baş verib.
O, bir müddət əvvəl bazardan adi turp toxumları alaraq, həyətyanı sahəsində əkib. El arasında "40 günlük" turp növü kimi tanınan bu tərəvəzin yığım vaxtı təsərrüfat sahibi gördüklərinə çox təəccüblənib. Bunun ardınca əkdiyi tərəvəzlərə diqqət yetirdikdə, N.Mirzəyev onlar arasında daha bir neçə iri turpun olduğunu görüb.
Tərəvəzin becərildiyi ərazi münbit olduğu üçün onlara hər hansı gübrə verilməyib. İri turpun çəkisi 3 kq 200 qram, diametri isə 38 sm-dir.
Təsərrüfatında ilk dəfə belə bir qeyri-adi hadisə ilə qarşılaşdığını deyən N.Mirzəyev hələlik yığmadığı digər iri turplardan toxum götürməklə gələcəkdə onları daha da çoxaltmağı düşünür.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb