Cennifer Enistonun kərəviz pəhrizi
"Məşhurların pəhrizi" rubrikasında bu dəfə dünyanın məşhur və həsəd aparılacaq xanımlarından olan Cennifer Enistonun arıqlama sirrini təqdim edirik.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Hollivudun sevilən aktrisası özəl dietoloqunun məsləhəti ilə hər zaman formada qalmağı bacarır. O, əsasən kərəvizdən istifadə edir.
Tərkibində bir çox vitaminlər olan kərəviz kökü arıqlamaq üçün əla qidadır. Enistonun dietoloqu Mayk Ozneronun bu məsləhəti ilə həftəyə 10 kiloqram arıqlamaq mümkündür.
1 həftəlik menyu:
I gün:
İstədiyin qədər kərəviz şorbası için və meyvə yeyin (banan olmaz).
II gün:
Sobada, suda və ya manqalda bişmiş tərəvəzlər. Naharda bir ədəd bişmiş kartof yeyin. İkinci gün qətiyyən çay, şirə, qəhvə içmək olmaz, yalnız adi, qazsız su istifadə edin.
III gün:
Yalnız kərəviz şorbası işməyiniz məsləhətdir.
IV gün:
Kərəviz şorbası və gün ərzində bir dəfə yağsız süd için.
V gün:
Kərəviz şorbası, pomidor və suda bişmiş toyuq filesi.
VI gün:
Suda bişmiş toyuq filesi və tərəvəzlər.
VII gün:
Kərəviz şorbası və suda bişmiş qara düyü. Günərzində 1 dəfə təzə meyvə şirəsi için.
Şorbanı hazırlama qaydası:
• 3 litr su
• 400 qram kərəviz kökü
• 3 ədəd pomidor
• 2 yaşıl bibər
• 05, kiloqram kələm
• 6 ədəd soğan
Tərəvəzləri suda qaynadıb, azca zeytun yağı töküb, şorba hazırla.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar