Cənubi Koreya prezidenti vədinə əməl etdi: Ölkə sakinləri bir gecədə 1-2 yaş "cavanlaşdılar

Cənubi Koreya prezidenti vədinə əməl etdi: Ölkə sakinləri bir gecədə 1-2 yaş Cənubi Koreya prezidenti vədinə əməl etdi: Ölkə sakinləri bir gecədə 1-2 yaş "cavanlaşdılar"
Cənubi Koreyada ənənəvi hesablamadan imtina edilib və beynəlxalq yaş hesablama standartı qəbul olunub.
Müvafiq qanunlara edilən dəyişikliklər iyunun 28-dən qüvvəyə minib.
Bu dəyişikliklər inzibati və hüquqi sferanı əhatə edəcək. Bunun sayəsində ölkə sakinləri 1-2 il "cavanlaşıblar".
Cənubi Koreyada indiyədək üç yaş sistemindən istifadə olunurdu. Birinci sistemə əsasən, insanın bir yaşı onun doğulduğu gün tamamlanmış hesab edilir, bununla da onun ana bətnində keçirdiyi vaxt da nəzərə alınırdı. Həmçinin yeni təqvim ilinin əvvəlində daha bir il əlavə olunurdu.
İkinci sistem beynəlxalq səviyyədə tanınıb və bu zaman insanın yaşı onun doğum günü tarixinə görə təyin edilir.
Üçüncü sistemə əsasən, yalnız Yeni ilin ilk günündə insanın yaşı üzərinə bir il əlavə olunurdu. 
Qeyd olunur ki, beynəlxalq hesablama sistemi yaşların müxtəlif hesablanma üsullarının paralel tətbiqi nəticəsində inzibati-hüquqi sferada yaranan qarışıqlığı minimuma endirə bilər. Məsələn, pensiya almaq hüququnun müəyyən edilməsi zamanı bu üsul effektiv ola bilər. Ancaq hakimiyyət məktəbə qəbul yaşı, orduya çağırış, tütün və spirtli içkilərin alınmasına qoyulan məhdudiyyətlərlə bağlı köhnə qaydalarda dəyişiklik etməyəcək. Bu hallarda qarışıq sistemdən istifadə davam edəcək.
Qeyd edək ki, vahid yaş sistemi  Cənubi Koreya Prezidenti Yun Sok Yolun seçkiqabağı vədlərindən biri idi.
Mənbə: İzvestiya / oxu.az

Maraqlı       Tarix: 29 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber xeberler bu qun krimnal bugun son.xabar