Çernobıl AES-in yaxınlığında yaşayan mutant canavarların xərçəngə qarşı immunitetlərinin olduğu aşkarlanıb
Çernobıl AES-in yaxınlığında yaşayan mutant canavarların xərçəngə qarşı immunitetlərinin olduğu aşkarlanıb
Çernobıl Atom Elektrik Stansiyasının (AES) yaxınlığında yaşayan mutant canavarların xüsusi genomları var. Radiasiyanın yaratdığı xərçəngə qarşı immunitet təmin edir.
Bu barədə Prinston Universitetinin bioloqu Kara Lavın araşdırmasında deyilir.
2014-cü ildə Lav və onun həmkarları təcrid zonasına gediblər və heyvanların xərçəngə səbəb olan radiasiyaya bədənin reaksiyasını anlamaq üçün yerli canavarlardan qan analizləri alıblar. Alimlər xüsusi yaxalıqlardan istifadə edərək canavarların harada olduğu, həmçinin onların bədənlərinin hansı şüalanmaya məruz qaldığı barədə məlumatlar əldə ediblər.
"Lav aşkar edib ki, Çernobıl canavarlarının radiasiya müalicəsi alan xərçəng xəstələri kimi immun sistemləri dəyişib. O, canavar genomunun xərçəng riskinin artmasına davamlı görünən spesifik bölgələrini müəyyən edib", - məqalədə qeyd olunub.
Mütəxəssislər müəyyən ediblər ki, Çernobıl canavarları həyatları boyu hər gün 11,28 milliberdən çox radiasiyaya məruz qalırlar. Bu, adi bir işçi üçün qanuni təhlükəsizlik limitindən altı dəfə artıqdır.
Məqalədə qeyd olunur ki, itlərin və canavarların orqanizmləri xərçənglə insan orqanizmi ilə eyni şəkildə mübarizə aparır. Tədqiqat xərçəngdən sağ qalma şansını artıran qoruyucu mutasiyaları müəyyən etməli idi, lakin Lav və onun həmkarları pandemiya və Ukrayna ilə Rusiya Federasiyası arasındakı münaqişə səbəbindən Çernobıl AES-i tərk etmək məcburiyyətində qalıblar.
Mənbə: octagon.media / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR