Ceyhun Bayramov Kanadanın xarici işlər naziri ilə telefonla danışıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Melani Joli arasında telefon danışığı baş tutub.
azxeber.com Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları barədə məlumat verib və yaranmış vəziyyətdən Azərbaycan tərəfinin ciddi narahatçılığını qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistanın məqsədyönlü təxribatlarının və normallaşma prosesinə maneələrinin silsilə xarakteri daşıdığı, son təxribatlarda 79 hərbi qulluqçumuzun həlak olduğu vurğulanıb.
Nazir Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərini, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü daim dəstəklədiyi və son 30 il ərzində keçmiş münaqişənin məhz bu prinsiplər əsasında həllini dəstəklədiyi barədə məlumat verib. Azərbaycanın bölgədə yenidənqurma işləri həyata keçirdiyi və külli miqdarda sərmayələr qoyduğu, məcburi köçkünləri öz yurdlarına qaytardığı bir dönəmdə vəziyyətin gərginləşməsində maraqlı olmadığı və Ermənistan ilə normallaşma prosesini irəlilədən tərəf olduğu bildirilib.
Kanada xarici işlər naziri Melani Joli bölgədə gərginlikdən narahatlığını diqqətə çatdırıb, atəşkəsə əməl olunmasının əhəmiyyətini bildirib. Sabitliyin təmin olunmasının və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin vacib olduğunu vurğulayıb. Minasızlaşdırma səylərinin əhəmiyyəti diqqətə çatdırılıb.

Formula-1: ikinci sərbəst yürüş başladı
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
Meşədə qadın meyiti tapıldı: saxlanılan var
Zelenski: Qış sizin üçün də ağır olacaq
Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə
Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB