Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdi

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdiAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
Bu barədə KONKRET.az-a XİN-dən məlumat verilib.
Bildirilib ki, çıxışda Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, süni intellekt, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verilib.
Nazirlər Şurasının uğurlu təşkilinə görə Rusiya Federasiyasına təşəkkür edilib, növbəti ildə Birliyə sədrliyi həyata keçirəcək Tacikistan Respublikasına uğurlar arzulanıb.
Təşkilata üzv dövlətlərlə qarşılıqlı səfər və təmasların artırılmasının ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığa töhfə verdiyi, o cümlədən Xarici İşlər Nazirləri Şurası formatının öz növbəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində faydalı olduğu qeyd edilib.
Humanitar və gənclər sahəsində əməkdaşlıq üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan planların üzv ölkələr və xalqlar arasında əməkdaşlıq və yaxınlaşmaya töhfə verəcəyinə dair inam ifadə olunub.
Azərbaycanın "Birliyin mədəniyyət paytaxtı" təşəbbüsünə xüsusi önəm verdiyi, bu istiqamətdə növbəti il üçün Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması haqqında dövlət başçıları tərəfindən qəbul edilməsi nəzərdə tutulan qərarın bu ildə mədəniyyət sahəsində birgə genişmiqyaslı layihə və tədbirlərin təşkilinə imkan verəcəyi qeyd olunub.
MDB çərçivəsində radikalizmə qarşı əməkdaşlıq məsələlərinin effektiv tənzimlənməsi sahəsində beynəlxalq hüquqi bazanın təkmilləşdirilməsi, maarifləndirici tədbirlərin və kadr potensialının gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Mülki təyinatlı süni intellekt sahəsində əməkdaşlığın, habelə bu sahənin beynəlxalq hüquq normaları, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət, dövlət nəzarəti və etik prinsiplər əsasında inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Sözügedən sahə üzrə təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərin vacibliyi qeyd olunub, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, o cümlədən cari ilin sentyabr ayında keçirilən Kiberdiplomatiya üzrə ilk beynəlxalq konfransdan bəhs olunub.
Azərbaycanın COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən aparılan danışıqlar prosesinin və görülən hazırlıq işlərinin qlobal iqlim fəaliyyətinə mühüm töhfə olması məqsədilə genişmiqyaslı sədrlik fəaliyyəti apardığını diqqətə çatdırıb.

Siyasi       Tarix: 07 oktyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit


yeni xeberler azerbaycan xeberleri son xeberler siyaseti xeberler bugun xeberler bugun en son xeberleri cəbhədən son durum