Ceyhun Bayramov Rubio ilə danışdı
Oktyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-nin Dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən KONKRET.az-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər müzakirə edilib.
2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunmuş mühüm irəliləyişlər qeyd olunub.
Bu çərçivədə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində 2026-cı ildə əldə olunmuş mühüm nəticələr, o cümlədən Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın praktiki məzmununu əhəmiyyətli dərəcədə genişləndirdiyi vurğulanıb.
Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi, etimad quruculuğu və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl addımlar barədə qarşı tərəfə məlumat verib.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xidmetler [newsid: 0-123300]

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
3 oktyabr 1993-cü il – Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcı
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb - Yenilənib
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan YENİ SOSİAL PAKET açıqlaması
Manatla bağlı mühüm məlumat
Ronaldo ilə görüşə bilərlər
İlham Əliyev Cüdo Federasiyasının prezidenti ilə bağlı sərəncam imzaladı
"Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu
Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı
Bakı metrosunda ölüm hadisəsi - kişi vəfat etdi
Bu yolda yenə sürüşmə oldu: 8 kəndlə əlaqə kəsildi
Millimiz Litvaya qarşı
Telefonunuz həyatınızı xilas edə bilər - bu funksiyaları yoxlayın
Dünya çempionatı: Əhməd Yusifov monqolustanlı rəqibini məğlub etdi - FOTO
Avropa çempionatı: 5 boksçumuz rinqə çıxır