Çin Azərbaycana tibbi vasitələrin ikinci və üçüncü dəstini təqdim edib - FOTO

Çin Azərbaycana tibbi vasitələrin ikinci və üçüncü dəstini təqdim edib - FOTOMayın 21-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Çin Xalq Respublikası tərəfindən Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş antiepidemik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim mərasimi keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış ediblər.
Xarici işlər nazirinin müavini Ramiz Həsənov yeni koronovirusla mübarizədə Çin Hökuməti tərəfindən Azərbaycan Hökumətinə tibbi vasitələrin növbəti dəstinin təhvil verilməsinə dair XİN-də daha bir tədbirin keçirilməsinin iki ölkə arasında mövcud faydalı münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırdı.
Azərbaycan və Çin xalqlarının dostluq və əməkdaşlıq ənənələrinə sadiq qalaraq mövcud vəziyyətdə biri-birləri ilə həmrəylik nümayiş etdirdiyini qeyd edən R.Həsənov bu əməkdaşlığın həm hökumətlərarası, həm də özəl şirkətlər və regionlararası müstəvidə yer aldığını ifadə etdi.
Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxışında ÇXR Hökümətinin Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş antiepidemik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim mərasimini təşkil etdiyinə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə səmimi təşəkkürünü ifadə etdi.
Daha sonra səfir, epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda köməkləşərək, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünya təhlükəsizliyinin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğuladı.
O, Çin üçün ən çətin dövrdə Azərbaycan hökuməti və müxtəlif ölkələrdən olan dost insanların Çinə müxtəlif yollarla güclü dəstək verdiyini vurğuladı. Xanım Qo Min Çin hökümətinin bu yaxşılığa cavab olaraq, bir-birinin ardınca Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində antiepidemik vasitələrin üçüncü dəstini - 5000 ədəd epidemiya aşkarlayıcı test, 10 qeyri-invaziv süni tənəffüs aparatı, 3500 dəst tibbi qoruyucu geyim, 600.000 birdəfəlik tibbi maska, 50.000 tibbi KN95 maskası və s. verdiyini bildirdi. Bundan əlavə, Çin müəssisələri və qeyri-hökumət təşkilatlarının, Azərbaycana epidemiya ilə mübarizədə əməli töhfələr verərək, epidemiyanın qarşısının alınması üçün çox sayda materialları Azərbaycana hədiyyə etmək üçün fəal tədbirlər gördüyünü ifadə etdi.
Sonda xanım Qo Min fürsətdən istifadə edərək, qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə xoş arzular diləyərək Azərbaycan Respublikasını və xalqını təbrik etdi və Çin ilə Azərbaycan dostluğunun əbədi olmasını dilədi.
Səhiyyə nazirinin müavini Viktor Qasımov çıxışında Çinin Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi və dünyada qlobal sağlamlıq böhranına çevrilən COVİD-19 pandemiyasına qarşı beynəlxalq birliyin səylərinin birləşdirilməsinin əhəmiyyətini və məhz birgə səylər nəticəsində bu pandemiyaya qalib gəlməyin mümkün olduğunu qeyd etdi. Ölkələrimiz arasında dostluq münasibətlərini mövcud olduğunu vurğulayan nazir müavini, belə çətin zamanlarda dost yardımının önəmini bildirdi.
Azərbaycanda koronavirusla mübarizə çərçivəsində ölkə rəhbərliyinin bilavasitə nəzarəti altında həyata keçirilən ciddi tədbirlərdən bəhs edən V.Qasımov ölkədə COVİD-19 infeksiyasına qarşı uğurlu mübarizə istiqamətində görülən işlərə toxundu və bu xüsusda, yeni klinikaların inşası, bir çox tibbi cihaz və avadanlıqların əldə edilməsi, dezinfeksiya vasitələri istehsal edən zavodun açılması və s. barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı. Hazırda yeni koronovirusla mübarizədə peyvəndin icad olunmadığı bir vaxtda, bu təhlükə ilə mübarizəyə hər zaman hazır olmağın vacibliyini nazir müavini vurğuladı.
Tədbirin sonunda Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının səfiri Qo Min "Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVİD-19 pandemiyası ilə mübarizə üçün tibbi vasitələrin ikinci və üçüncü dəstinin təqdim edilməsinə dair Təhvil -Təslim Aktları" imzalandı.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 21 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler xeber az cəbhədən xəbər en son xəbərlər bugün