Çinin müvəqqəti işlər vəkili Li Cinsonq: "Epidemiyadan sonra bahar gələcək

Çinin müvəqqəti işlər vəkili Li Cinsonq: "Epidemiyadan sonra bahar gələcəkÇinin müvəqqəti işlər vəkili Li Cinsonq: "Epidemiyadan sonra bahar gələcək"
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Li Cinsonq "Epidemiyadan sonra bahar gələcək" sərlövhəli məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir:
Heç hiss etmədən, bu artıq mənim Bakıda keçirdiyim beşinci qışdır. Ürəyimin dərinliyində olan bu şəhər çoxdan mənim ikinci vətənim olaraq qəbul edilmiş, hər bir otu və hər bir ağacı mənə çox əziz və şirindir. Hər keçən gün şəhərin görünüşünün dəyişməsi məni çox sevindirir. Ancaq mənim qəlbimə daha çox təsir edən şey, minlərlə kilometr uzaqlıqda olan vətən torpağını viran qoyan bir fəlakətdir – Yeni növ koronavirus infeksiyalı sətəlcəm epidemiyası vəziyyəti. O, nəinki Çinin sərhədləri daxilinə, hətta Çin hüdudlarından kənara da yayıldı. Bütün dünyanın yaxından diqqət etməsinə səbəb oldu.
Epidemiya vəziyyətinin başlamasından bəri, Çin Xalq Respublikasının Sədri Si Cinpin çox əhəmiyyətli təlimatlar verərək, Xalqın həyat təhlükəsizliyini və sağlamlığını təmin etmək və epidemiyanın yayılmasının qarşısını almaq üçün dəfələrlə vacib göstərişlər vermişdir. Çinin bütün bölgələrinin hər səviyyədə olan hökumətləri insanların həyatına yüksək əhəmiyyət verir və viruslarla mübarizə üçün bütün mümkün tədbirləri görür. Epidemiya bir əmrdir, qarşısının alınması və nəzarət isə bir məsuliyyətdir. Zamanla yarış və koronovirusla mübarizə başladı. Çin xalqı səfərbərlik elan edərək, Xəstələrin müalicəsi və şəhərlərin həyati fəaliyyətini təmin etmək üçün hər yerdə yaşıl, sürətli və təcili dəhlizlər açmişdir. Xalq arasında olan epidemiyanın qarşısının alınması elmi şəkildə həyata keçirilmişdir. Çin hökuməti daxili infeksiyaya qarşı daxili mübarizəyə sadiqdir və xaricə yayılmaması üçün açıq, şəffaf və yüksək məsuliyyətli bir şəkildə müvafiq beynəlxalq əməkdaşlığı həyata keçirir. Bu, nəinki bir elmi epidemiyanın qarşısının alınması strategiyasıdır, eyni zamanda böyük bir ölkənin məsuliyyətidir.
Yanvarın 31-də Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Yeni növ koronavirus infeksiyalı sətəlcəm epidemiyasının "Beynəlxalq narahatlıq verən ictimai fövqəladə vəziyyəti" olduğu bəyan etdi. Bir daha bütün dünyanın diqqətli olması xəbərini verdi. Tedros bildirdi ki, Bu kimi qərarlar ÜST-ün müntəzəm təcrübəsidir, hansı ki sübutlara əsaslanan elmi və rasional reaksiya əldə etmək, digər ölkələrə elmi və müvafiq epidemiyanın qarşısının alınması üçün profilaktik tədbirlərini görməyə kömək etmək üçün qlobal sağlamlıq təhlükəsizliyindən istifadə etmək zəruri bir addımdır. Lakin bu Çinə qarşı etimadsızlığa yönəlməmişdir. O cənab Sədr Si Cinpinin şəxsi nəzarətini, epidemiyanın qarşısının alınması, nəzarət işlərinin aparılmasını və Çinin buna qarşı sürətli şəkildə hərəkətə keçməsini yüksək qiymətləndirdi. Müvafiq təcrübənin digər ölkələr tərəfindən öyrənməyə dəyər olduğunu bildirdi. Çin tərəfindən görülən bir çox epidemiyanın qarşısının alınması və nəzarət tədbirləri fövqəladə hallara cavab vermək üçün ÜST-nin müvafiq tələbləri üstələdiyini vurğuladı. Eyni zamanda Çinin epidemiyaya nəzarət etmək üçün inamının və qabiliyyətinin olduğunu və sonda epidemiyanı məğlub edəcəyinə inandığını bildirdi. Hətta ÜST-nin Çinə səyahət və ya ticarət qadağalarını dəstəkləmədiyini, hətta qarşı olduğunu da vurğuladı.
Ancaq eyni zamanda, epidemiyanın inkişafı çaxnaşmanın yayılmasına səbəb olur. Üstəlik, gizli niyyəti olan bəzi ölkələr epidemiya təhlükəsini şişirdir, Çin ilə uçuşları dayandırır, sərhədlərini Çin vətəndaşlarına bağlayır və hətta çinlilərə qarşı ayrı-seçkilik yaradır. Bu cür hadisələr davamlı olaraq bir-birini izləyir və bu sərt qışa bir az da soyuq əlavə olunur. Xüsusilə, ÜST-nin erkən xəbərdarlığını bəzi ölkələr və media Çinə qarşı silah kimi istifadə edib, şayiə və təhqir üçün mümkün olan hər şeyi edir, səbəbsiz çaxnaşma yaradır, şayiələr və yalanlar üzərində elmi mühakimələr yürüdülür, epidemiya olmayan ərazilərdəki insanları bir-biri ilə, xüsusən də çinlilərlə görüşəndə nəfəslərini tutmağa məcbur edirlər.
Hamı kimi mən də epidemiyanın inkişafından narahatam, Epidemiyanın insanların sağlamlığını və həyatını təhdid etdiyini görmək istəmirəm, İnsanlar arasında normal ünsiyyətə mane olmağını istəmirəm, Çinin dünyanın digər ölkələri ilə yaxın və mehriban mübadiləsinin durğunlaşmasını istəmirəm, texnologiya inkişaf etdikcə qlobal dünyada inamsızlığı, dostsuzluğu və qərəzi artmasını istəmirəm.
Çində belə bir deyim var, "Əsl dost dar gündə tanınar". Çin millətinin sıxıntı içində olduğu bir zamanda, biz düşmənlərimizi və dostlarımızı daha yaxşı ayırd edə bilərik, yanımızda döyüşən və birlikdə çətinlikləri dəf edən dostlarımızın dəyərini qiymətləndirə bilərik. Fevralın 1-də cənab Prezident İlham Əliyev şəxsən baş vermiş epidemiya ilə əlaqədar cənab Sədr Si Cinpinə məktub göndərdi. O Çin hökumətinin epidemiyanın yayılması və insan tələfatların qarşısını almaq üçün həyata keçirdiyi tədbirləri və Çin xalqının epidemiyaya qarşı inadla mübarizədə göstərdiyi qətiyyətini yüksək qiymətləndirib. Azərbaycan xalqının dost Çin xalqı ilə həmrəy olduğunu və qonşu Çinə müvəqqəti çətin günlərdə hər cür köməyi göstərməyə hazır olduğu vurğulayıb. Azərbaycan cəmiyyətin bütün sahələrindən olan qayğı, hörmət, eyni zamanda maddi yardım bu qış gününə istilik gətirir və biz bunun üçün sizə səmimi təşəkkürümüzü bildirmək istəyirik.
Burada vurğulamaq istərdim ki, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi (CPC) əsası olan cənab Sədr Si Cinpinin rəhbərliyi altında, Çinin sosialist sisteminin üstünlüklərinə etibar edərək, Yoluxucu xəstəliklərin qarşısının alınması və idarəetmə sistemini daim inkişaf etdirmək, eləcədə ictimai sanitariya-gigiyena hadisələrinə reaksiya vermək üçün toplanmış praktik təcrübəni daim təkmilləşdirərək, son 70 ildə Yeni Çində toplanmış güclü texnologiya və maddi təmələ əsaslanaraq və eyni zamanda cənab Prezident İlham Əliyevin, bütün Azərbaycan xalqının və digər dost ölkələrin dəstəyi və köməyi ilə, Çin xalqı qətiyyətli, inamlı şəkildə epidemiyanın qarşısının alınmasına və nəzarət döyüşündə qalib gəlməyə qadirdir. Bununla da Çin epidemiya ilə mübarizədə insan cəmiyyətinə yeni töhfələr veriləcəkdir.
İsti günəş fevral ayında görünür və bahar yaxınlaşır. Əziz dostlar, inanın, Epidemiya bitəcək və həyat yenidən parlaq olacaq. Çin ilə Azərbaycan arasındakı ənənəvi dostluq və yüksək qarşılıqlı etimad günü-gündən möhkəmlənir. Bir aydan sonra, Azərbaycan xalqı ənənəvi Novruz bayramını qarşılayacaq. Fürsətdən istifadə edərək, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfiri adından qardaş Azərbaycan xalqına xoş bir bayram diləyirəm və dünyada bütün sülhü sevən insanlara xoşbəxt və sağlam həyat arzulayıram! /oxu.az

Sosial       Tarix: 04 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan ən son xeberler xankendi qurban bayrami 2026