COP29-un birinci plenar iclası başa çatdı
COP29-un birinci plenar iclasında Tərəflər Konfransının fərdi sessiyaları və iclaslarının gündəliyi qəbul edilib.
KONKRET.az xəbər verir ki, iclasa COP29-un prezidenti Muxtar Babayev sədrlik edib.
M.Babayev müxtəlif sessiya və iclasların gündəliyini təsdiqlədikdən sonra bildirib ki, sabah Azərbaycan Prezidenti 100-ə yaxın dövlət və hökumət başçılarını salamlayacaq, bundan sonra onlar Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində milli bəyanatlarla çıxış edəcəklər. Bu sammitin ikinci hissəsi noyabrın 18-19-da baş tutacaq.
Onun sözlərinə görə, Braziliyadan sonra COP31-ə sədrlik Qərbi Avropa ölkələri qrupu, COP32-yə isə Afrika Ölkələri Qrupuna keçəcək. COP29 prezidenti bu ölkələri 2026 və 2027-ci illərdə iqlim konfranslarına ev sahibliyi ilə bağlı danışıqları aktivləşdirməyə çağırıb.
Sessiyada həmçinin İtki və Zərər Cavab Fondunun hesabatı dinlənilib. Fondun nümayəndəsi indiyədək görülən işləri açıqlayıb və fondun İdarə Heyətinin Filippində yerləşəcəyini bildirib.
Bundan sonra CMP19 (Kyoto Protokolunun Tərəflərinin görüşü), daha sonra CMA6 (Paris Sazişi Tərəflərinin görüşü) sessiyaları üzrə qərarlar qəbul edilib.//Report

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Batrakovun transfer qiyməti açıqlandı
Cəmi 3 il evli qala bildilər
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri