COVID-19 peyvəndinin effektivliyi üzrə növbəti tədqiqata başlanıldı

COVID-19 peyvəndinin effektivliyi üzrə növbəti tədqiqata başlanıldı"COVID-19 qarşı vaksinasiyanın effektivliyi həm tədqiqatlarda, həm də real həyatda bir daha öz təsdiqini tapır. Vaksinasiyanın sürəti, əhatəliyi və effektivliyinə görə nümunəvi ölkələr sırasında olan Azərbaycanda ilk növbədə tibb işçiləri, yaşlı, immuniteti çox zəif olan və xronik xəstəliklərdən əziyyət çəkən şəxslərin vaksinasiyası sayəsində bir çox ölümlərin və ağır xəstəlik hallarının qarşısı alınmış oldu".
KONKRET.az xəbər verir ki, bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev deyib.
O xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə 2021-ci ilin aprel ayından etibarən ölkədə 1500 tıbb işçisinin (həm həkimlər və orta tibb personalı, həm də xəstəxanaların inzibati və texniki əməkdaşları) iştirakı ilə COVID-19 xəstəliyinə qarşı vaksinlərin effektivliyinin öyrənilməsinə başlanıb: "Tədqiqatın gözlənilən elmi və ictimai səhiyyə baxımından ciddi əhəmiyyətini, habelə ilkin vaksinasiyanın ölkəmizdə məhz ənənəvi metodla hazırlanmış vaksinlə (Çin istehsalı olan koronovak vaksini), buster vaksinasiyanın isə həm Çin vaksini, həm də mRNT əsaslı vaksinlə aparıldığını nəzərə alaraq, onun dünyanın ən nəhəng klinik tədqiqatların qeydiyyatı sistemi olan ABŞ-ın www.clinicaltrials.gov bazasında qeydiyyatı təmin edilib".
İSİM direktoru bildirib ki, ilk 9 ay ərzində 7 xəstəxanada çalışan 1500 tibb işçisinin dəstəyi və aktiv iştirakı sayəsində tədqiqatın ilkin mərhələsində mühüm nəticələr əldə edilib: "İlkin təhlilin nəticələri nüfuzlu, impakt faktoru 4.3 olan "Qrip və digər respirator viruslar" jurnalında dərc edildi. Bu nəticələr həmçinin növbəti aylarda Azərbaycanda vaksinasiya tədbirlərinin planlaşdırılması baxımından da xüsusi önəm kəsb edir. Belə ki, tədqiqat çərçivəsində həm vaksinlərin effektivliyi, həm də təbii infeksiya və vaksinasiyadan sonra immunitetin yaranması və qoruyucu qabiliyyətinin müddəti də araşdırılır. İlkin nəticələrini nəzərə alaraq, ÜST və ABŞ-ın İnfeksiyalara Nəzarət Mərkəzi (US CDC) Qlobal Səhiyyə üçün İşçi Qrupu vasitəsilə bu önəmli tədqiqatı əlavə 1 il də davam etdirilməsinə dəstək verdi.
İkinci mərhələdə aparılan tədqiqat sayəsində infeksiyanı təbii keçirmiş və 2, 3 və hətta 4 doza vaksinasiyadan sonra immunitetin nə qədər qalıcı və güçlü olduğunu müəyyən etmək imkanı yaranacaq. Həmçinin payız və qış aylarında COVID-19 ilə yanaşı, qrip infeksiyası hallarının artma potensialını və iki infeksiyaya məruz qalan şəxslərin daha ağır xəstəlik keçirməsi ehtimalını nəzərə alaraq, tədqiqatın bu ikinci mərhələsində qrip virusunun yayılması və başvermə tezliyi də öyrəniləcək. Beləliklə, tədqiqat həm COVID-19, həm də qripə qarşı daha mükəmməl ictimai səhiyyə və antiepidemik tədbirlərin formalaşdırılması və həyata keçirilməsinə imkan verəcək, qərarların qəbulunun isə elmi sübutlara dayanıqlı olmasını təmin edəcək".

Sağlamlıq       Tarix: 14 iyun 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun 2026 hava proqnozu cəbhədən son dəqiqə ən son xəbər