Çoxumuzun yararsız hesab etdiyimiz orqan immunitetimizin "təlim-məşq" düşərgəsi imiş

Çoxumuzun yararsız hesab etdiyimiz orqan immunitetimizin Çoxumuzun yararsız hesab etdiyimiz orqan immunitetimizin "təlim-məşq" düşərgəsi imiş
Apendiks insanın immun sistemində mühüm rol oynayır, ona görə də onu qorumaq lazımdır.
Bu barədə ali kateqoriyalı rusiyalı həkim Aleksey Vodovozov danışıb.
Onun sözlərinə görə, əvvəllər apendiks insanda gərəksiz bir orqan hesab olunub.
"Apendiks, bir tərəfdən, rudimentdir, digər tərəfdən isə immunitetimiz üçün son dərəcə vacib orqandır. Bu, nisbətən yeni məlumatdır. Orada çox sayda immun lövhə, limfosit var. Məcazi mənada desək, apendiks - bir növ təlim-məşq düşərgəsidir. Limfositlər "yad" və "doğma"nı ayırmağı burada öyrənir. Üstəlik, orqandan qida ilə daxil olan müxtəlif yad bakteriyalar keçir", - deyə Aleksey Vodovozov izah edib.
Terapevt əlavə edib ki, apendiks mikrofloranın bərpasına kömək edə bilər. Onun sözlərinə görə, bu orqanda mikrofloranın "ehtiyat nüsxəsi" saxlanılır. Məsələn, əgər orqanizmə mikrob düşsə və yoğun bağırsaqdan keçərək oradakı mikrob icmasının əhəmiyyətli hissəsini (o cümlədən faydalıları) məhv etsə, onda "sığınacaq"da ehtiyatda qalan bakteriyaların köməyi ilə sağalma prosesi başlaya bilər.
"Yəni oradan bizə lazım olan bakteriyaların sporları çıxır və repopulyasiya başlayır", - deyə Vodovozov qeyd edib.
Beləliklə aydın olur ki, apendiksi əməliyyatla götürülmüş insanlar hər hansı bir infeksiyaya yoluxanda bağırsağın mikroflorasını bərpa etmək daha çətin olur.
Həkim vurğulayıb ki, iltihabın ilkin mərhələsində apendiksi dərmanla müalicə etmək olar.
"Lokal antibiotik terapiyası (boşluğun antibiotiklərlə yuyulması) yaxşı təsir göstərir. Yaxud bəzən qarın divarını deşmədən, antibiotiklərlə belə, müalicə mümkündür. Adətən bu, uşaqlarda tətbiq olunur. Aydındır ki, bütün bunlar yalnız erkən mərhələlərdə işləyir, buna görə də erkən diaqnoz məsələsi inanılmaz dərəcədə vacib olur. Lakin apendisit irinləyibsə, o zaman əməliyyatla götürülməlidir", - deyə o, fikrini yekunlaşdırıb.
Mənbə: Ura.ru

Maraqlı       Tarix: 10 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler azerbaycan xankendi sonxeberler valyuta mezennesi