D vitaminin bədəndə rolu və vəzifələri - Hər gün 30 dəqiqə...

D vitaminin bədəndə rolu və vəzifələri - Hər gün 30 dəqiqə...COVID-19 epidemiyasından sonra immun sistemini gücləndirmək daha da gündəmə gəldi. Şübhəsiz ki, vitaminlər burda böyük rol oynayır. Bədən üçün zəruri olan və immunitet artırıcı təsir göstərən D vitaminini Günəşdən almaq daha asandır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssislər D vitamininin bədən üçün əhəmiyyəti və faydaları tərəflərini sadalayıb.
Əsasən günəş işığından və az miqdarda qidalardan əldə edilən D vitamini kalsiumun mənimsənilməsinə, sümüklərdə kalsiumun saxlanmasına və qandakı kalsiumun səviyyəsinə nəzarət etməyə kömək edir.
Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) tərəfindən immun sistemini dəstəkləmək üçün təsdiqlənmiş D vitamini iki komponentdən ibarətdir: D2 vitamini və D3 vitamini. Vitamin D3 bədəndə günəş işığı ilə ifraz olunur. D vitamininin bu iki forması zənginləşdirilmiş qidalarda və qida əlavələrində olur.
Yetərli D vitamini ifrazını təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər gün maksimum günəşli havada 30 diqəqi gəzməyi tövsiyə edir. Yadda saxlayın ki, günəşli havada çox qalmaqla daha çox D vitamini etmək mümkün deyil. Çünki bədən avtomatik idarəetmə mexanizminə daxil olur və D vitamini aktiv olmayan törəmələrə çevrilir. D vitamini həbləri isə həkim nəzarəti altında istifadə edilməlidir.
Xüsusilə, yağlı balıqları istehlak etmək və yumurta kimi keyfiyyətli protein qəbuluna diqqət yetirmək, orqanizmdə D vitamini səviyyəsini tarazlaşdırmağa kömək edir. Digər tərəfdən, D vitamini vacib olsa da, günəş yanıqlarından ehtiyatlı olmaq lazımdır. Çox yayılmış və çox vaxt ciddi qəbul edilməyən günəş yanıqları ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Körpələr, 4 yaşdan kiçik uşaqlar, 65 yaşdan yuxarı yaşlılar, hamilə qadınlar, günəş işığına məruz qalan işçilər, kök və xroniki xəstəliyi olan insanlar günəş vurması riski altındadır.
Günəş vurmasından qorunmaq üçün maye qəbulunu artırmaq, günəş şüalarının pik saatlarında - küçəyə çıxmamaq, günəşə çıxmadan qoruyucu krem ​​çəkmək və açıq rəngli, açıq rəngli paltar seçmək lazımdır. Kepka və şlyapa da görüləsi tədbirlər arasındadır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 18 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər valyuta mezennesi 2026 sonxeber xeber.az 2026