Daha bir ölkədə ölümcül xəstəlik yayılır - Əlamətləri nədir?

Daha bir ölkədə ölümcül xəstəlik yayılır - Əlamətləri nədir?Kanadadan sonra ABŞ-da ölümcül xəstəlik – listerioz epidemiyası başlayıb. 
KONKRET.az xəbər verir ki,bu barədə Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
İnfeksiya artıq 12 ştatda qeydə alınıb, xəstələrin əksəriyyəti ABŞ-ın şərq sahilindəki Nyu-York və Merilend ştatlarında müalicə olunur. Ümumilikdə 28 fakt qeydə alınıb.
Listerioz doğulmamış və yeni doğulmuş uşaqlar, 60 yaşdan yuxarı insanlar və immun sistemi zəif olanlar üçün ölümcül xəstəlikdir.
Amerika Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, hələlik epidemiyanın səbəbləri ilə bağlı dəqiq məlumat yoxdur. Lakin məlumdur ki, listerioza yoluxmuş bir çox insan mağazalardan alınmış hazır ət və kolbasa məhsulları yeyib.
İyulun 17-də Kanada hökuməti listerioz xəstəliyinin yayılması barədə məlumat vermişdi. İnfeksiyanın iki nəfərin ölümünə səbəb olduğu, daha 9 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.
Qeyd edək ki, listerioz zoonoz təbiətə malik bakterial mənşəli infeksion xəstəlikdir, onu listeriyanın patogeni törədir. Xəstəlik zamanı əsasən limfa düyünləri, qara ciyər, dalaq, mərkəzi sinir sistemi zədələnir.
Xəstəliyin törədicisi bütün gəmiricilərdə, quşlarda, vəhşi və ev heyvanlarında tapılır. Mikrob heyvanın nəcisi, sidiyi, südü və s. vasitəsilə ifraz olunaraq əsasən alimentar, bəzən isə transmissiv yolla keçir. Hamilələr və yenidoğulmuşlar listerioza daha tez yoluxur.
Listeriyanın populyasiya ilə qarşılıqlı əlaqəsini üç mərhələyə bölmək olar. XX əsrin 50-ci illərinə qədər olan dövrü əhatə edən birinci mərhələdə xəstəliyə cəmi 70 hadisə heyvanlarla əlaqədar olan fermer və veterinarlarda rast gəlinmişdi. Ötən əsrin 70-ci illərini əhatə edən ikinci mərhələdə isə listerioz hallarının sayı bir neçə minə çatıb və həmin infeksiyaya yüksək letallıq göstəricisi olan zoonoz xəstəlik kimi baxılıb. Ötən əsrin 80-ci illərindən indiyə qədər olan dövrü əhatə edən üçüncü mərhələdə isə dünyada qida infeksiyası kimi qəbul olunmuş, əsasən yüksək inkişaf etmiş ölkələrdə – ABŞ, Böyük Britaniya, İsveçrə, Kanada və digər ölkələrdə yayılıb. Xəstəliyin əsas səbəbi daha çox hazır qidalardan istifadə edilməsidir.
İnfeksiyanın giriş qapısı mədə-bağırsaq traktının və respirator yolların selikli qişası, göz və zədələnmiş dəri səthidir. Listeriozun baş verməsində orqanizmin immun vəziyyəti böyük rol oynayır. Ona görə uşaqlar, hamilələr və qocalar arasında yoluxma faizi daha yüksək olur. Xəstəlik əsasən yaz-yay aylarında daha geniş yayılır.
Listeriozun inkubasiya dövrü 3-70, bəzən 18-20, yenidoğulmuşlarda isə 3-5 gün davam edir. Xəstəlik kəskin, xroniki və abortiv formalarda özünü göstərir. Hər hansı orqanın zədələnməsindən asılı olaraq visserial, anginoz-septiki, sinir, göz, tifoid və s. kliniki formaları müşahidə edilir.
Bütün vəziyyətlərdə xəstəlik kəskin başlayır. Xəstədə üşütmə, başağrısı, yüksək temperatur və zəiflik halları olur, əzələ ağrısı və digər şikayətlər baş verir, bir çox hallarda qusma və ishala rast gəlinir. Bədənin müxtəlif nahiyələri səpgilərlə örtülür, qara ciyər və dalaq böyüyür. Limfogen və hematogen yoluxma zamanı kəskin qızdırma, titrətmə baş verir və listeriyanın limfatik düyünlərə, daxili orqanlara- badamcıqlara, ağ ciyərə, qara ciyərə, dalağa, mərkəzi sinir sisteminə və s. fiksasiyası və çoxalması baş verir.
Hamilə qadınlar listeriozun bütün növlərinə yoluxa bilərlər. Bətndaxili listerioza yoluxma döldə ya ölü doğulma və ya vaxtından əvvəl doğularaq iki həftə ərzində letallıqla nəticələnə bilər.
Xroniki listeriozda klinik əlamətlər özünü cüzi təzahür edir, proses kəskinləşəndə özünü kataral əlamətlər və dispeptik pozuntularla göstərir.
Listeriozun diaqnozu hematoloji və laborator müayinələrə əsasən qoyulur. Profilaktika məqsədilə ərzaq məhsulları və suyun mühafizəsi, şəxsi gigiyena qaydalarına riayət edilməli, hamiləlik patologiyası olan qadınlar isə TORCH infeksiyalarla bərabər listerioza görə də müayinə olunmalıdırlar.(qaynarinfo)

Sağlamlıq       Tarix: 20 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

İnfarkt ən çox nə vaxt baş verir? - Kardioloqlar izah edir

Kardioloqlar qadınlar və kişilərdə infarktın əlamətləri fərqli ola biləcəyi qənaətindədirlər. Həm kişilər, həm də qadınlar sinədə güclü ağrı və narahatlıq hiss edə bilərlər. . xəbər verir ki, kardioloqlar qadınlarda əlav

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar. KONKRET.azxəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliy

5 ədəd badam yeyib, sonra idman et – Sirr

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər. -a istinadən xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmada


yeni xeberler azerbaycan xeberleri son xeberler cebheden xeberler cəbhədən son vəziyyət valyuta mezennesi banklar krminal bu gun