Dahi Nizaminin əsərləri artıq rəqəmsal formatda

Dahi Nizaminin əsərləri artıq rəqəmsal formatdaDahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə 2021-ci il Prezident cənab İlham Əliyevin sərəncamına əsasən "Nizami Gəncəvi İli" elan edilib. Ölkənin lider mobil operatoru "Azercell Telekom" mədəniyyət tariximizdə bu əhəmiyyətli hadisəni layiqincə qeyd etmək üçün növbəti layihəsini təqdim edir.
Həm yerli, həm də xarici oxucuları Şərqin ən böyük şairinin yaradıcılığı ilə tanış etmək üçün Azercell Nizami əsərlərinin ən sevilən nümunələrini rəqəmsal mütaliə vasitələrilə təbliğ etmək təşəbbüsü ilə çıxış edir. Beləliklə, Azercell-in dəstəyilə Nizaminin 40-dan çox seçilmiş fəlsəfi və lirik məzmunlu müxtəlif ölçülü əsərləri Azərbaycan, rus, ingilis, fransız və türk dillərində Bookmate proqramının "Audiobook" bölməsinə yerləşdiriləcək. Audio faylların hazırlanmasında digər bir özəl xüsusiyyət onların orijinal fon musiqiləri ilə təqdim olunmasındadır. Ud, tar, kamança və digər qədim musiqi alətlərinin müşayiəti ilə dil daşıyıcıları tərəfindən səsləndiriləcək poeziya nümunələri daha təsirli və xalqımızın mədəni irsi baxımından daha mütəşəkkil ifadə olunacaq.  
Azercell tərəfindən daha bir maraqlı yenilik isə layihə çərçivəsində Nizami Gəncəvinin iki əsərinin: "Kərpickəsən kişinin dastanı" və "Adil Nuşirəvan ilə vəzirin hekayəti" əsərlərinə komiks janrında şəkillərin çəkilməsi və komiks toplusundan ibarət kitabın tərtib edilməsidir. Qeyd edək ki, həmin komikslər də Azərbaycan, rus və ingilis dillərində adaptə ediləcək.
Xatırladaq ki, Nizami Gəncəvinin əsərlərindən öncə Azercell rəqəmsal kitabxana üçün İmadəddin Nəsiminin 650 illik  yubileyi münasibətilə şair və filosofun seçmə qəzəllərini, "Koroğlu" dastanının 10 qolunu və müxtəlif klassik müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq beynəlxalq Bookmate tətbiqinə yükləmişdir.
Qeyd edək ki, Azercell abunəçiləri üçün xüsusi endirimlə təqdim olunan Bookmate rəqəmsal platforması vasitəsilə lider operator Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılmasına xidmət edən layihələr gerçəkləşdirir. Azercell-in müasir cəmiyyətin tələbatına və yaşam tərzinə uyğun formatda hazırladığı  ədəbi məzmun ölkədə, xüsusilə də gənclər arasında mütaliə mədəniyyətinin inkişafı və Azərbaycanın ədəbi irsinin dünyanın istənilən nöqtəsində müxtəlif dillərdə daha əlçatan olmasına xidmət edir.
Xatırladaq ki, şairin zəngin irsinin təbliği məqsədilə Azercell bundan öncə Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş xüsusi əlifba da işləyib hazırlayıb. Həmin əlifba sosial şəbəkələrdə geniş yayılaraq istifadəçilər arasında populyarlıq qazanmışdır.
"Nizami Gəncəvi İli" ərzində Azercell şirkətinin təqdimatında audiokitab və komikslər yeni formatda təqdim olunmağa davam edəcək. Bookmate tətbiqinə abunə olmaq, eləcə də "Azercell Telekom"-un fəaliyyətini mətbuat və sosial media platformaları üzərindən izləməklə siz də bu yeniliklərdən faydalana biləcəksiniz.  
Rəqəmsal kitabxana Bookmate haqqında daha ətraflı məlumat üçün: 

İqtisadiyyat       Tarix: 17 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta son xeberler azerbaycan son xeberler az xabarlar