Davtyan: "Bakı 300 min azərbaycanlını Ermənistana köçürəcək"
"Azərbaycanın bir sıra tələbləri arasında "Qərbi Azərbaycan" yaratmaq ideologiyasının antierməni və psevdotarixi tezisləri də var" .
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan qana erməni alim Qarnik Davtyan deyib.
"Müstəqillik Bəyannaməsinin özü üçüncü Ermənistan Respublikasının mövcudluğunun əsası, ideyası və ruhudur. Orada Dağlıq Qarabağın müstəqilliyi və onun Ermənistana birləşdirilməsi ilə bağlı çox mühüm müddəa var ki, bu da, fikrimcə, Ermənistan Respublikası Konstitusiyasının mühüm nüvəsini təşkil edir. Bütün problemləri kompleks kontekstdə nəzərdən keçirsək, o zaman başa düşməliyik ki, Azərbaycanın tələblərinə Ermənistana qarşı antierməni və psevdotarixi "Qərbi Azərbaycan" yaratmaq ideologiyası tezislərinin tətbiqi də daxildir. Biz bilirik ki, Konstitusiya Erməni Apostol Kilsəsini qoruyur, o, həmçinin Ermənistanda Ali Məhkəmənin rolunu və Müstəqillik Bəyannaməsi ilə bağlı görünən bir çox digər mühüm müddəaları təsbit edir. Azərbaycanın məqsədi Ermənistanın müqavimətini qırmaq, şərait yaratmaqdır ki, Ermənistan Cənubi Qafqazda heç nəyi təmsil etməsin və yalnız ticarət əməliyyatlarının aparılacağı tabe əraziyə çevrilsin", – Davtyan qeyd edib.
Onun sözlərinə görə,Azərbaycan ən azı 300 min azərbaycanlını Ermənistanda yerləşdirməyə çalışacaq ki, bu da Ermənistan Respublikasının tarixi, mədəni, siyasi və iqtisadi mənzərəsini tamamilə dəyişəcək.
Davtyan qeyd edib ki, "Azərbaycan Ermənistandan maksimum dərəcədə əl çəkməyə, elə vəziyyət əldə etməyə çalışır ki, Ermənistan onun siyasi, tarixi və geosiyasi məqsədlərinə çatması üçün nə təhlükə, nə də potensial yaratsın".
Günel Mikayılova.
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar