Dəhşətli Qafqaz anonsu: İrəvan üçün SENSASİON plan açıqlandı

Dəhşətli Qafqaz anonsu: İrəvan üçün SENSASİON plan açıqlandı"ABŞ mətbuatı son zamanlarda Cənubi Qafqazdakı proseslərə əvvəlkindən daha çox diqqət yetirməyə başlayıb. Yazılan məqalələrin məzmunu da demək olar eynidir".
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.
Qəzet ABŞ KİV-lərinin birində yaxın zamanda nəşr olunan məqalənin başlığının diqqət çəkdiyini bildirib:
"Fövqəldövlət rəqabəti Qafqaza daxil olur" başlıqlı məqalə xüsusi əhəmiyyət daşıyır. Çünki müəlliflər Donald Trampın prezidentliyi dövründə yüksək vəzifələrdə çalışmış bir şəxsin rəhbərlik etdiyi ekspertlər qrupudur. Söhbət ABŞ Dövlət Departamentinin Baş müşaviri və müdafiə nazirinin köməkçisinin müavini olmuş Uilyam Volfdan gedir. Məqalə Ermənistanın KTMT-dən çıxması və Qərbə yönəlməsindən bəhs edir. Üstəlik, KTMT-dən çıxmaq yaxın gələcəkdə baş verəcək hadisə, hətta az qala reallıq kimi dəyərləndirilir. Bildirilir ki, ABŞ bu məsələdə Ermənistana ciddi dəstək verməlidir. Ancaq diqqətçəkən məqam odur ki, KTMT-dən çıxıb Qərbin qucağına düşməyin İrəvana nə qazandıracağına dair heç nə qeyd edilmir. Bunun əvəzində həmin vəziyyətin Vaşinqtonun maraqlarına uyğunluğundan bəhs olunur. Nəşr yazır ki, İrəvanın geri çəkilməsi və Qərbə istiqamətlənməsi ABŞ-ın regionda mövqelərini gücləndirməsinə ciddi şərait yaradacaq".
Məqalədə yazılır ki, Vaşinqton bununla Çinin regiondan keçəcək "Bir kəmər, bir yol" layihəsinin icrasını da çətinləşdirməyə çalışır:
"İrəvan sayəsində regionda güclənən Ağ Ev Çinə çətinlik törədəcək. Həmçinin Vaqşintonun Cənubi Qafqaz məsələsində  Türkiyədən asılılığı da əvvəlki kimi olmayacaq. Faktiki olaraq ABŞ öz maraqları naminə Ermənistanın təhlükəsizliyini təhdid altına atır. Onun məqsədi Ermənistanın müstəqilliyi və suverenliyi bahasına belə olsa bu ölkəni geosiyasi oyunçular arasında toqquşma meydanına çevirməkdir"./globalinfo.az

Siyasi       Tarix: 25 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu en son xeberler bu gun valyuta mezennesi banklar xəbərlər